Əli ibn Abdu`r-RAHMAN əl-HUZEYFİ
ƏMANƏTT
www.islamevi.az
Bu kitab, DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT
KOMİTƏSİNİN 27/09/2006 tarixli № DK – 377d
ilə nəşr edilmişdir.
saylı razılığı
Kitabın müəllif hüquqları qorunur.
2
ƏMANƏTT
Hər şeyi bilən və hikmət sahibi ALLAH`a
həmd olsun. O, hökmrandır, nöqsanlardan uzaq
dır, sakit həyata qovuşduran, nəzarət edib qoru
yan və üstün, istədiyini etdirən, böyüklükdə
misli olmayandır. ALLAH Q, müşriklərin şərik
qoşduqları şeylərdən uzaqdır. Məxluqatı Ona
ibadət etmələri üçün yaratmış və itaət etmələ
rini onlara fərz qılmışdır. O, etdiklərindən sor
ğu-suala çəkilməz, əksinə insanlar etdiklərin
dən sorğu-sual olunur. Verdiyi nemətlər səbə
bi ilə Ona həmd edir və şükr edirəm. Bütün
xeyirlərə görə Onu tərif edirəm. Şəhadət edi
rəm ki, ALLAH`dan başqa ibadətə və itaətə
layiq haqq məbud yoxdur. O, Təkdir və şəriki
yoxdur. Şəhadət edirəm ki, Muhəmməd Onun
qulu və Rəsuludur. Onu seçmiş və üstün qıl
mış, Ona açıq nur nazil etmiş və Onu doğru
yola yönəltmişdir. Ey ALLAH`ım!.. Qulun və
3
Rəsulun Muhəmmədə, ailəsinə və bütün əsha
bına xeyir-dua et, onları mübarək qıl!..
ALLAH Q belə buyurur:
“Biz əmanəti (ALLAH`a itaət və ibadəti,
şəri hökmləri yerinə yetirməyi) göylərə, yerə və
dağlara təklif etdik. Onlar ona yüklənməkdən
(götürüb özləri ilə daşımaqdan) qorxub çəkin
dilər. Ona insan yükləndi. Həqiqətən, o çox
zalım, çox cahildir. (İnsan bu ağır əmanəti gö
türməklə özünə zülm etdi və cahilliyi üzündən
onun çətinliyini, ağır nəticəsini bilmədi). ALLAH
münafiq kişiləri və qadınları, müşrik kişiləri
və qadınları əzaba uğratsın, mömin kişilərin
və qadınların da tövbələrini qəbul buyursun
deyə (əmanəti öz razılığı ilə Adəm övladına
tapşırdı). ALLAH (möminləri) bağışlayandır,
rəhm edəndir!”1
Bu kainata, onun səmasına, yerinə və
dağlarına ağır yük, böyük vəzifə və təhlükəli
1 əl-Əhzab surəsi, 33/72-73.
4
iş təklif olundu, lakin o bunu daşımaqdan çə
kindi. ALLAH`ın Q əzabından qorxaraq onu
yerinə yetirməyi rədd etdi. Bu əmanət Adəmə
Α təklif olundu və Adəm Α onun məsuliy
yətini öz üzərinə götürdü.
“Həqiqətən, o çox zalım, çox cahildir.”
Yəni etinasız yanaşaraq əmanəti itirən insan
çox zalım, çox cahildir. Bu Adəm deyil.
Abdullah ibn Abbas Ν belə deyir:
“Əmanət, fərzlərdir. ALLAH Q onları göylərə,
yerə və dağlara təklif etdi. Yerinə yetirdiyi
təqdirdə onlara mükafat verəcəkdi. Əks təq
dirdə isə onlara əzab verəcəkdi. Onlar bunu
xoşlamadı. ALLAH`a Q üsyan etməyərək, ək
sinə ALLAH`ın Q dinini ucaldaraq bu əma
nətin məsuliyyətindən qorxdular.”
Həsən əl-Basri Σ belə deyir:
“ALLAH onu ulduzlarla bəzədiyi yeddi
qat göyə və böyük yeri daşıyan mələklərə
təklif etdi. Onlara deyildi ki: “Əmanəti və için
dəkini daşıyarsınız?” dedilər ki: ”İçindəki nə
5
dir?” Deyildi: “Əgər yaxşılıq etsəniz mükafat
landırılacaq, pislik etsəniz cəzalandırılacaqsı
nız.” dedilər ki: “Xeyr!” Sonra onu döşək kimi
yayılan və dağlarla möhkəmləndirilən yeddi
qat yerə təklif etdi. Onlara deyildi: “Əmanəti
və içindəkini daşıyarsınız?” dedilər ki: ”İçin
dəki nədir?” Deyildi ki: “Əgər yaxşılıq etsəniz
mükafatlandırılacaq, pislik etsəniz cəzalandı
rılacaqsınız.” dedilər ki: “Xeyr!” Sonra onu
dağlara təklif etdi. Onlar da bu əmanəti rədd
etdi.
Ey ALLAH`ın qulları!.. Əmanət, şəri
məsuliyyətlərdir. ALLAH`ın Q haqları və
qulların haqlarıdır. Kim onları yerinə yetirsə,
ona savab vardır. Kim də onları pozub yerinə
yetirməsə, ona cəza vardır. Abdullah ibn Mə
suddan Κ belə dediyi rəvayət edilir:
“Namaz əmanətdir, dəstamaz əmanət
dir, ölçü əmanətdir, çəki əmanətdir.” Başqa
bir çox şeyləri də saydıqdan sonra:
6
“Bunların ən ağırı əmanət olaraq qoyu
lan əşyalardır” deyir.2
Əbu`d-Dərda Σ belə deyir:
“Cənabətdən yuyunmaq əmanətdir.” Ki
min əmanəti (güvənliyi) qüsursuz olsa, dinini
möhkəmləndirmişdir. Kim əmanətə (güvənli
yə) diqqətsiz yanaşsa, dini bir kənara atmış
dır. Abdullah ibn Ömər Ν Rəsulullahın − belə
buyurduğunu rəvayət edir:
“Əmanəti (güvənliyi) olmayanın imanı
yoxdur.”3
Malik ibn Ənəs Κ Rəsulullahın − belə
buyurduğunu rəvayət edir:
“Əmanəti olmayanın imanı, sədaqəti olma
yanın da dini yoxdur.”4
2 Əhməd ibn Hənbəl. əl-Beyhəqi. İbn Əbi Hatim.
3 ət-Tabərani.
4 Əhməd ibn Hənbəl. əl-Bəzzar. ət-Tabərani.
7
Bu səbəbdən əmanət (güvən) peyğəm
bərlərin və ALLAH`a Q yaxın qulların xüsu
siyyətidir. ALLAH Q, Nuh, Hud və digər pey
ğəmbərlərdən Ε bəhs edərək belə dediklərini
bildirir:
sı
“Şübhəsiz ki, mən sizin üçün etibar oluna
(bel
bağlanılası)
bir
peyğəmbərəm!
ALLAH`dan qorxun və mənə itaət edin!”5
Güvənmə azaldıqca imanın şöbələri də
azalır. Huzeyfədən Κ bu rəvayət edilir:
“Rəsulullah əmanətin, insanların qəlbi
nə endiyini (yaradılışlarına fitri meyllər kimi
verildiyini), sonra Quranın verildiyini, beləlik
lə onu Quran və sünnədən də öyrəndiklərini
bildirdi. Sonra bizə əmanətin necə aradan
qalxdığını xəbər verdi. Belə buyurdu:
“İnsan yuxudakı kimi bilmədən qəlbindən
əmanət alınır. Ondan sonra ayaq izi kimi iz qalır.
5 əş-Şuara surəsi, 26/125-126.
8
İkinci dəfə də yuxudakı kimi insan bilmədən
qəlbindəki əmanət hissindən bir qədər də alınır.
Bundan da, qəlbdə bir iz qalır. Belə ki, ayağın
üzərinə yanar köz parçası buraxsan, keçdiyi yerləri
qabarmış görəcəksən. Lakin içində faydalı heç nə
yoxdur.”
Sonra Rəsulullah − xırda bir çay daşı
götürüb onu ayağının üzərində yuvarladı və
belə davam etdi:
“Alış-verişə gedən insanlarda əmanət tama
milə aradan qalxır. Hətta: “Filan qəbilədə dürüst
bir insan var imiş” deyə barmaqla göstərilir. Hətta,
qəlbində zərrə qədər iman olmayan birisinin "Nə
kübar, nə ağıllı insan" deyə tərifləndiyi də olur.”6
Əgər insan etinasızlıqla dinin fərzlərin
də və vaciblərində məsuliyyətini bilə-bilə yeri
nə yetirməsə, qulların haqları ilə bağlı xainlik
etsə, qəlbindən əmanətin alınması ilə cəzalan
dırılacaq. ALLAH Q, qulun bir qüsuru olma
6 Muslim.
9
dan, dini vəzifələrini və qulların haqlarını la
qeyd yanaşmadan bir kimsənin qəlbindən
əmanəti almaqdan uzaqdır. ALLAH Q belə
buyurur:
“(Ya Rəsulum!) Xatırla ki, bir zaman
Musa öz qövmünə demişdi: “Ey qövmüm!
Mənim ALLAH`ın sizə göndərilmiş peyğəm
bəri olduğumu bildiyiniz halda, niyə məni
incidirsiniz?” Onlar (haqdan) üz döndərdi.
ALLAH (Özünə asi olan) fasiqləri doğru yola
yönəltməz!”7
Hədisin sonu əmanətin iman olduğuna
işarədir. Tövhid, namaz, zəkat, oruc, həcc və
qohumluq bağları, yaxşılığı əmr etmək, pis
olanlardan çəkindirmək, mal, onu günah
yolunda istifadə etmə əmanətdir. Göz əmanət
dir, onunla ALLAH`ın Q haram qıldığı şeylərə
baxma! Əl və cinsiyyət üzvü, mədə, sənə halal
7 əs-Saf surəsi, 61/5.
10
olmayan şeyləri yemək, uşaqlar sənin yanında
əmanətdir, onların doğru tərbiyəsinə diqqətlə
yanaş! Ərlərin qadınlar üzərindəki haqları
əmanətdir. Qulların maddi və mənəvi haqları
əmanətdir, onlara diqqət et!
ALLAH Q, əmanətlərin və haqların yerinə
yetirilməsinə savabların ən böyüyünü vəd
etmişdir. ALLAH Q belə buyurur:
“O möminlər ki, əmanətlərini və əhd
lərini qoruyub saxlayarlar (onlara tapşırılmış
əmanətə xəyanət etməz, verdikləri sözü yerinə
yetirərlər) Namazlarına riayət edərlər (həmişə
vaxtlı-vaxtında namaz qılarlar) Onlardır (bilin)
varis olanlar - Firdovs cənnətinə varis olan
lar, orada əbədi qalanlar!”8
Əbu Hureyrə Λ, Rəsulullahın − belə
buyurduğunu rəvayət edir:
8 əl-Muminun surəsi, 23/8-11.
11
“Məni altı şeydən əmin edin, mən də sizi
cənnətə girəcəyinizdən əmin edim.” dedim ki:
“Ey ALLAH`ın Rəsulu! Onlar nələrdir?”
Belə buyurdu:
“Namaz, zəkat, əmanət, cinsiyyət üzvü, mə
də və dil.”9
Əmanətlərdə diqqətsiz olmaq və dində
vacib olanları yerinə yetirməmək insanların
hallarında qüsur və pislik yaradır, həyatı,
mənasız və acı edir, cəmiyyətin əsaslarını çök
dürür, ümumi və xüsusi mənfəətləri təhlükə
altında qoyur, anlayışları və nizamları pozur,
Kainatın sonunu elan edir. Rəsulullahdan −,
Qiyamətin nə zaman qopacağı soruşulduğu
zaman belə buyurur:
“Əmanət itirildiyi zaman Qiyaməti göz
ləyin.”
9 ət-Tabərani. əl-Munziri isnadında zəiflik olmadığını deyir.
12
Ey ALLAH`ın qulları!.. ALLAH`dan
layiqincə qorxun! Əmanətləri və vacibləri
qoruyun! Haramlardan çəkinin! ALLAH Q
belə buyurur:
“O kəslər ki, əmanətə xəyanət etməz,
verdikləri sözü yerinə yetirərlər. O kəslər ki,
düzgün şəhadət verərlər və o kəslər ki, namaz
larını (layiqincə) hifz edərlər- Məhz onlar
cənnətlərdə ehtiram olunacaq (əzizlənəcək)
kimsələrdir!”10
ALLAH Q məni və sizləri müqəddəs
Quranla şərəfləndirsin...
Cəlal, ikram və izzət sahibi ALLAH`a
həmd olsun. RƏBB`imə həmd edir və böyük
nemətlərinə görə Ona şükr edirəm. Şəhadət
edirəm ki, ALLAH`dan başqa ibadətə və ita
ətə layiq haqq məbud yoxdur. O, Təkdir və şə
riki yoxdur. Şəhadət edirəm ki, Peyğəmbə
10 əl-Məaric surəsi, 70/32-35.
13
rimiz Muhəmməd Onun qulu və Rəsuludur.
Aləmlərə rəhmət olaraq göndərilmişdir. Ey
ALLAH`ım!.. Qulun və Rəsulun Muhəmmə
də, ailəsinə və bütün əshabına xeyir-dua et,
onları mübarək qıl!..
Bundan sonra.. ALLAH`dan layiqincə qor
xun, əmr etdiyini yerinə yetirərək, qadağan etdi
yindən çəkindirərək Ona itaət edin ki, Onun
cənnətini və rizasını qazanasınız!
ALLAH Q belə buyurur:
“ALLAH sizə əmanətləri öz sahiblərinə
qaytarmanızı və insanlar arasında hökm etdi
yiniz zaman ədalətlə hökm etmənizi əmr edir.
Həqiqətən, ALLAH`ın bununla (belə bir tapşırıqla)
sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə,
ALLAH (hər şeyi) eşidəndir, görəndir!”11
Bu mübarək ayə bütün əmanətləri əhatə
edir. Əmanətlərin ən böyüklərindən biri də
vəzifələr, məqamlar və bunların haqlarıdır.
11 ən-Nisa surəsi, 4/58.
14
Kim bu vəzifələrdə ALLAH`ın Q haqlarını
yerinə yetirib, məsuliyyətinə verilən müsəl
manların mənfəətlərini həyata keçirsə, özü
üçün doğru olanı edib, axirəti üçün xeyirli iş
görmüşdür. Vəzifələrində və haqlarında qü
surlu davranan, məsuliyyətinə verilən qulla
rın mənfəətlərini həyata keçirməyən, vəzifə
sindən sui-istifadə edərək rüşvət alan və ya
müsəlmanların mallarını oğurlayan özünü al
datmış, özünə xəyanət və zülm etmişdir. Rə
sulullahın − belə buyurduğu rəvayət edilir:
“ALLAH Qiyamət günü əvvəlkiləri və son
rakıları bir yerə topladığında hər xəyanət edən
üçün bir bayraq qaldırılacaq və “Bu, filankəsin
oğlu filanın xəyanətidir” deyiləcək.”12
Əmanətlərin ən böyüklərindən biri də
insanların sizə əmanət olaraq verdikləri
əşyalar və haqlardır.
12 Muslim.
15
Abdullah ibn Məsudun Κ belə dediyi
rəvayət edilir:
“ALLAH yolunda döyüşmək, əmanət
xaricində bütün günahlara kəffarədir.” Sonra
belə deyir: “Qiyamət günü qul gətiriləcək və
ona “əmanətini ver!” deyiləcək. “Ey RƏBB`im!
Dünya keçib getdikdən sonra necə verim?”
deyəcək. Bundan sonra “Onu cəhənnəmə
atın”
deyiləcək və cəhənnəmə doğru
aparılacaq. Əmanət, ona verildiyi kimi
görünəcək. Onu görüb, tanıyacaq. Tutmaq
üçün arxasınca atılacaq. Onu çiyinləri
üzərində daşıyacaq. Çıxacağını zənn etdikdə
çiynindən düşəcək. Beləliklə o, əbədi olaraq
onun arxasınca aşağı enəcək.”13
Ey ALLAH`ın qulları!.. ALLAH Q siz
lərə seçdiyi və üstün qıldığı Peyğəmbərinə xe
yir-dua etməyinizi əmr edərək belə buyurur:
13 Əhməd ibn Hənbəl. əl-Beyhəqi.
16
“Həqiqətən, ALLAH və Onun mələkləri
Peyğəmbərə salavat göndərirlər (xeyir-dua
verirlər). Ey iman gətirənlər! Siz də ona
salavat göndərib (onun üçün salavat deyib)
layiqincə salamlayın!”14
Əli ibn Abdu`r-RAHMAN əl-Huzeyfi
05-08-1423 Hicri – 11-10-2002 Miladi
14 əl-Əhzab surəsi, 33/56.
17