Abdu`l-BARİ əs-SUBEYTİ
TƏHSİL VƏ TƏDRİS
www.islamevi.az
Bu kitab, DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT
KOMİTƏSİNİN 27/09/2006 tarixli № DK – 377d
ilə nəşr edilmişdir.
saylı razılığı
Kitabın müəllif hüquqları qorunur.
2
TƏHSİL VƏ TƏDRİS
İnsana bilmədiyini və qələmlə yaz
mağı öyrədən ALLAH`a həmd olsun! Onu
bütün nöqsanlardan uzaq hesab edir və Ona
həmd edirəm! Verdiyi nemətlər və lütflərə
görə Ona şükr edirəm. Şəhadət edirəm ki,
ALLAH`dan başqa ibadətə və itaətə layiq
haqq məbud yoxdur. O, Təkdir və şəriki yox
dur. Ən Böyük və Kərəm sahibidir. Yenə şəha
dət edirəm ki, Peyğəmbərimiz Muhəmməd
Onun qulu və Rəsuludur. O, ALLAH`a ita
ətə təşviq etmiş və pis olanlardan çəkindir
mişdir. Zikr edənlər Onu xatırladıqca, doğru
yoldan azanlar Onun hidayəti ilə getdikcə
ALLAH Q Ona, ailəsinə və əshabına xeyir
dua etsin!
Sizlərə və öz nəfsimə ALLAH`dan layi
qincə qorxmağı tövsiyə edirəm. ALLAH Q belə
buyurur:
3
“Ey iman gətirənlər! ALLAH`dan
layiqincə qorxun! Yalnız müsəlman olduğu
nuz halda (müsəlman kimi) ölün!”1
İslam ümmətində tədrisin əhəmiyyəti
böyükdür. Ümmət mənsublarının və gəncliyi
nin formalaşdırılmasında aktiv rol oynayır.
Gənclik, cəmiyyətlərin və dövlətlərin əsasını
təşkil edir. İslamın ilk dövrlərindəki parlaq
tədris, ümmətin ehtiyaclarına səsləndi və yet
kin nəsillər yetişdirdi. Ümməti idarə olunan
deyil, idarə edən, alçalan deyil, üstün olan,
başqalarına tabe deyil, ona tabe olan, aldığın
dan daha çoxunu verən ümmətə çevirdi.
Yeni gələn nəsillərin istiqamətləndiril
məsində, imanlı olub fitnələrdən qorun
masında təhsil və tədris adamlarına böyük
məsuliyyət düşür. Təhsil məqsədlərinə və üs
tün məqsədlərə barmaqarası baxaraq, tədrisi
maddi səviyyənin yüksəlməsinə vasitə olaraq
1 Ali-İmran surəsi, 3/102.
4
görmək İslam ümmətinə yaraşmır. Uşaq təd
risə boş qab kimi daxil olur. Günlər və illər
keçdikdən sonra tədris ocaqlarında əxlaqını
formalaşdırmaq, düşüncə metodunu və həyat
yolunu mükəmməlləşdirmək üçün öyrəndiyi
davranışlardan istifadə edir. Beləliklə tədris,
cəmiyyətin və ümmətin şəxsiyyətinin forma
laşmasını, dəyişməz və müqəddəs dəyərləri
nin ortaya çıxmasını təmin edir.
Yeni təhsil qurumlarının çoxluğu ilə
yanaşı müsəlmanlar olaraq bəzən doğruluğu
danılmaz olan həqiqətləri ya unuduruq, ya da
vaxt keçdikcə onları görmürük. Məsələn, təd
risin əsas funksiyası, yeni nəsilləri, İslami
dəyərlər və Rəsulullahın
gətirdiyi prinsip
lərlə inancında, hiss və davranışında, həyatın
hər sahəsində İslama boyun əyən və
ALLAH`a Q səcdə edən, ALLAH`ın Q ayə
lərini eşitdiyi zaman kövrəlib ağlayan, Onun
rəhmətini uman və əzabından çəkinən insanı
tərbiyə etməkdir.
5
Millətlər, bilik yığını ilə irəliləmir. Ək
sinə, ağızlarda çeynənən, həyatda heç bir
qarşılığı və davranışlara heç bir təsiri olmadan
imtahan otaqlarında danışılan əzbərlənməsi
üçün deyil, təcrübədə göstərilməsi üçün
müqəddəs dəyərlər nümayiş etdirən və ortaya
prinsiplər qoyan təhsillə irəliləyir. Tədrisin
əsas məqsədinin şüurları gəlişigözəl sözlərlə
doldurmaq, mənalarına diqqət etmədən mətn
lərin hər bir hərfini əzbərləmək olduğunu
nəyinki təhsil adamları, hətta heç bir adi insan
deyə bilməz. Həqiqətən yeni nəsillərin təhsili
ni və onların mükəmməl tərbiyə edilməsini
istəyiriksə, maddi məlumatlar və təcrübə sə
viyyəsindən asılı olmayaraq, təkcə bununla
şəxsiyyətin əmələ gəlməyəcəyini, hətta insan
lığı xeyirli fəaliyyətə sövq etməyəcəyini bil
məliyik. Çünki insanlığı xeyirli fəaliyyətə
sövq edən sadəcə yüksək dəyərlərə və böyük
prinsiplərə olan inancdır.
6
Tədris metodlarını dərindən, qəlbə
toxunmadan və davranışa çevrilmədən əzbər
ləməklə kifayətlənmək faydasızdır. Nəfslər və
ruhlara diqqət yetirilmədən ağıl və şüurlarla
necə dialoq qurmaq olar?..
Tədrisin vəzifəsi bilik verməzdən əv
vəl bu biliyi mənfi yolda deyil, müsbət yolda,
insanlığın zərərinə deyil, faydasına istifadə
edəcək ürəyi əmələ gətirməkdir. Buna görə də
təhsildən başqa məqsəd güdülməməlidir.
Şübhəyə düşməməsi və şəhvətə meyl etmə
məsi üçün inancı sağlamlaşdıran və qəlbin
dərinliklərinə yerləşdirən təhsil... Oyun və
əyləncədən, azğınlıqlardan uzaq, imanla dolu
təhsil... Əsası, Quran və sünnə, metodu üm
mətin sələfinin anlayışı, vəzifələri nəfslərin
təmizlənməsi olan təhsil... Nəfsin böyük işlərə
bağlanmasını və səviyyəsiz işlərdən uzaq ol
masını, yalnız ALLAH Q üçün razı olmasını
və yalnız ALLAH Q üçün qəzəblənməsini,
ALLAH Q üçün sevməsini və ALLAH Q
7
üçün düşmənçilik etməsini təmin edən təhsil...
İmanla dolu qəlblərə olan ehtiyacımız biliklə
dolu beyinlərə olan ehtiyacımızdan heç də az
deyil. Təki, yeni yetişən gənc, dünyaya əzab
yayan şeytana çevrilməsin. Təki, narkotik
maddələr, azğın düşüncələr və inanclar onu
müxtəlif yollara sürükləməsin. Rəsulullah
insanı iman etdiyi zaman istəyi ilə baş-başa
buraxmır, əksinə təhsil və tədrislə onu dəs
təkləyir, səhabələrinə bunu öyrədirdi. Umeyr
ibn Vəhb
müsəlman olduğu zaman, Rəsu
lullah
səhabələrinə belə buyurdu:
“Qardaşınıza dinində bilik verin və ona
Quran oxumağı öyrədin.”
Əhməd ibn Hənbəl , Əbu Abdi`r
RAHMAN`dan belə dediyini rəvayət edir:
“Bizlərə Peyğəmbərin
əshabından
bəhs edənlər, onların Rəsulullahdan
ayə
ləri on-on öyrəndiklərini, onları yaxşı mənim
8
səmədən başqa on ayəyə başlamadıqlarını
deyirdilər.”
Sələfi Salehimiz uşaqların müəllimlə
rini “Təhsil verən” və “mürəbbi” olaraq ad
landırırdılar. İbn Mübarək
belə deyir:
“Otuz il ədəb, iyirmi il elm öyrəndik.”
İbn Sirin
belə deyir: “Elm öyrən
dikləri kimi hidayəti öyrənirdilər.” İbn Müba
rək
, Həsən əl-Basridən
belə dediyini
rəvayət edir: “Biz, hədisdən çox ədəbə möh
tacıq.”
Nəticəsi müsbət olan təhsil, tədrislə
yanaşı olan təhsildir. Təhsil və tədris bir-birini
zəruri edir. Təhsilsiz tədrisdə heç bir fayda və
təminat yoxdur. Təhsillə tədrisi bir-birindən
ayırmaq imanı zəif, şəxsiyyətsiz düşüncələri
və anlayışları qarışıq, heç bir dəyərə əhəmiy
yət verməyən bir nəsil ortaya çıxarır, dağıdıcı
düşüncələrə və axınlara asan ov olur, biliyini
və zəkasını, özünün və cəmiyyətinin bəd
9
bəxtliyi üçün istifadə edir. Sahibi yalançı və
xain, rəzilliklər içində olan, əxlaqı və davra
nışlarıyla bütün təhsil prinsiplərini pozan bi
risi olsa, o elmin nə qiyməti olar?! Elm alanın
elmi, müəllimlərinə, yoldaşlarına və kitabla
rına əks olunmasa, o elmin nə qiyməti olar?!
Tədris sadəcə əzbərlənən kitab, verilən bilik
və ya tələbələrin nizamlı şəkildə partada
oturduğu siniflər deyil, əksinə yeni nəsil
hazırlamaq və tərbiyələndirmək, inanc əmələ
gətirmək və anlayışları sağlamlaşdırmaq, əx
laq və prinsiplər təşkil etməkdir. Hər hansı bir
ümmətin daimiliyi inanc, əxlaq və nəsildən
nəslə ona çatan tarix kimi əsas amillərə diqqət
yetirmə qüvvəsinə bağlıdır.
Ümmətin əxlaqi problemləri təhsilə
biganə yanaşıldığı və ya təhsillə tədris arasın
da ayrılıq olduğu zaman ortaya çıxır və cə
miyyətlər bu problemlərin oduna yanır. Elmi
irəliləyişə böyük dəyərlər və əxlaq qaydaları
qoşulmasa, bu irəliləyişin sonu olmaz. Qısa
10
zaman ərzində iki dünya müharibəsi yaradan,
bütün bəşəriyyəti yox olmaq təhlükəsilə üz
üzə qoyan bu sivilizasiya deyilmi?
Müasir sivilizasiya, elmi irəliləyişə
baxmayaraq, əxlaq məsələlərində çox geri
qalmışdır. İslam ümməti arasında da inanc,
düşüncə və əxlaqda problemlər baş verir.
İmani dəyərlərə və Rabbani istiqamətləndir
məyə üz tutmaqdan başqa bu problemlərin
həlli yoxdur. Bu səbəbdən təhsil adamları belə
deyir: Reformdakı ilk iş də təhsil, son iş də
təhsildir.
Təhsil metodu, davranışları, hərə
kətləri, hiss və düşüncələri ilə o metodun mə
na və prinsiplərini əks etdirən insana çev
rilmədikcə kağız üzərində qalmaqda davam
edəcək.
Yeni gələn gənclərimizin gözü saxta
karlıq görməyib, qulaqları yalan eşitməsə, rə
zalətlə əhatə olunmasa doğru tərbiyə alarlar.
Əgər onlara sərt və kobud davranılmasa, hala
11
acımanın nə olduğunu öyrənərlər. Cəmiyyət
xainliyin kökünü kəssə, onlar təhlükəsiz həyat
tərzi keçirərlər. əl-Buxarinin
“əs-Sahih” əsə
rində rəvayət edilən bir hədisdə belə bildirir:
“Abdullah İbn Abbas
, Rəsulullahın
qalxıb gecə namazı qıldığını görür. O da tez
qalxaraq Rəsulullahla
birlikdə gecə namazı
qılır.”
Bizlər hər faydalı müasir elmdən isti
fadə etməkdə məsuliyyət daşıyırıq. Bu böyük
qarışıqlıqda müasir elmləri şübhələrdən və
mənfi cəhətlərdən təmizləməyin zəruriliyi də
yaddan çıxarılmamalıdır. Çünki bu elmlər,
azğın mədəniyyət analyışlarının ortaya çıxar
dığı materialist düşüncə qəliblərinə tökülmüş,
elmlə din arasında problemlər olan bir cəmiy
yətdə ortaya çıxmışdır. Bu ziddiyyətin sonu
dinə və dəyərlərə biganəliklə bitir.
Müasir elm və texnika onu saflaşdıra
caq süzgəcdən və yenidən formalaşdıracaq
sağlam beyinlərdən asılı olmadan bütün gizli
12
tərəfləri ilə sərbəst olmamalıdır. Texniki elm
ləri, təbiət elmlərini, psixologiyanı, astrolo
giyanı, sosiologiyanı və digər elm sahələrini
rədd etmirik. Bunlara əsaslanan dinə zidd fəl
səfələri isə, onun prinsipləri iman, metodları
isə İslam çərçivəsinə düşənə qədər qəbul etmi
rik. Bu şəkildə bütün elmlər, kəliməyi-töv
hidlə parlayan sıraya girir. Onun hər bir his
səsi ALLAH`ı Q hər cür nöqsandan uzaq he
sab edir, Onun gücünü və birliyini qəbul edir.
Beləliklə elmlər bir-birinə sıx bağlı olur və
müxtəlif metodlardakı məlumatlar tədris
məqsədləri ilə yanaşı davranışla əlaqəli olan
məqsədləri həyata keçirmək üçün də istifadə
edilir. Nəticədə tələbə ədəb və fəziləti, elm və
imanı özündə birlikdə əks etdirir. Tədris
metodunun hər bir maddəsi dinlə əlaqəli olur,
dinə xidmət edir və dinin mənasını dərinləş
dirir.
ALLAH Q belə buyurur:
13
“(Əksəriyyəti yazıb-oxumaq bilməyən)
ümmi ərəblərə özlərindən peyğəmbər göndərən
Odur. (Bu Peyğəmbər) əvvəllər haqq yoldan
açıq-aşkar azsalar da, onlara (ALLAH`ın)
ayələrini oxuyar, onları (günahlardan, şirk və
küfr çirkabından) təmizləyər, onlara Kitabı və
hikməti (Quranı və şəriəti) öyrədər.”2
ALLAH məni və sizləri müqəddəs
Quranla şərəfləndirsin...
Nemətləri və xeyirləri bol verən
ALLAH`a həmd olsun! Hər cür nöqsandan
uzaq hesab edərək Ona həmd edirəm! Ondan,
daim doğru əməllərdə müvəffəq etməsini
diləyirəm! Şəhadət edirəm ki, ALLAH`dan
başqa ibadətə və itaətə layiq haqq məbud
yoxdur. O, Təkdir və şəriki yoxdur. Şəhadət
edirəm ki, Peyğəmbərimiz Muhəmməd, Onun
qulu və Rəsuludur. ALLAH Q Ona və
ailəsinə, ALLAH`a verdikləri sözə əməl edən
2 əl-Cum`a surəsi, 62/2.
14
və çətinliklərə səbr edən səhabələrinə xeyir
dua etsin!..
Tədris, kişi və qadın üçün zəruridir.
Kişi və qadın fərqli xüsusiyyətlərə malik
olduğu üçün hər bir insanı həyatdakı təbii
vəzifələrinə hazırlayan təhsil proqramlarına
laqeyd qalmamalıyıq. Məsələn, gənc qız fay
dalı məlumatlara yiyələnməklə yanaşı, ana və
ev xanımı kimi uşaqlarına tərbiyə verən və
qəhrəmanlar böyüdən birisi kimi də əsas
vəzifəsinə hazırlanmalıdır. Kişi də, elm və
hikmətlə ailəni idarə edən ailə başçısı kimi
tərbiyə olunmalıdır.
Tədris mərhələlərinə daxil olmaqla ailə
və ailə ilə bağlı mövzularda proqramlar hazır
lamaq ailələrin bugünkü vəziyyəti üçün zəru
rətə çevrilmişdir. Bu gün ailələr həssas mə
sələlər və ailə bağlarının zəifliyi kimi prob
lemlərlə qarşılaşır. Boşanma və evlənməmə
nisbətinin yüksək olması ilə yanaşı ailə həya
tının əsas amillərindən, uşaq təhsili prinsiplə
15
rindən və ailəvi problemlərə yanaşma incəli
yindən də xəbərsizdirlər.
Abdu`l-BARİ əs-SUBEYTİ
06/07/1423 Hicri – 13/09/2002 Miladi
16