Abdu`l-BARİ əs-SUBEYTİ
SƏLƏFİN İBADƏT
ANLAYIŞI
www.islamevi.az
Bu kitab, DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT
KOMİTƏSİNİN 27/09/2006 tarixli № DK – 377d
ilə nəşr edilmişdir.
saylı razılığı
Kitabın müəllif hüquqları qorunur.
2
SƏLƏFİN İBADƏT ANLAYIŞI
İnsanları itaət və ibadət üçün yaradan
ALLAH`a həmd olsun! Ona ibadət yollarını
asanlaşdırdığı üçün şükr və həmd edirəm!
Şəhadət edirəm ki, ALLAH`dan başqa haqq
ilah yoxdur. O, Təkdir və şəriki yoxdur.
Möminlərə hüsnanı (cənnəti) və əlavəni (ca
malını görməyi) vəd etmişdir və şəhadət edi
rəm ki, Muhəmməd
Onun qulu və Rəsu
ludur. Hər növ xeyrə həvəsləndirmiş və az
ğınlıqdan çəkindirmişdir. ALLAH Q Ona,
ailəsinə və əshabına xeyir-dua və salam etsin!
Sələf alimlərindən biri belə deyir:
“ALLAH qullarına nemətlər vermiş və onları
gücləri
yetdikcə
şükr etməklə məsul
tutmuşdur. Az da olsa şükr etmək, hər hə
diyyəyə qarşılıq çox da olsa yaxşılıq etmək
lazımdır. Qul şükr etməsə, neməti ortadan
qalxmağa tərk etmiş və onu zəlalət nişanı ilə
vəsfləndirmiş olar.”
3
Möminin nəfsi heç vaxt boş dayanmaz
və arzusu azalmaz. Nəfsi hər halında ona yeni
bir istək verir və belə deyir: “Ey nəfs, müjdə!
Çatılacaq yer yaxınlaşdı və qovuşmağa az
qaldı. Oraya çatmadan yarı yolda qalma və
səninlə sevdiklərinin olduğu yer arasına
maneə girməsin!”
Nafi, İbn Ömərin
əməlləri haqda
soruşulduqda belə deyir: “Hər namaz üçün
evində dəstəmaz alar və arasında Quran
oxuyurdu.” Həsən əl-Basri sələfin ibadət
etməyə olan həvəsini tərif edərək belə deyir:
“Elə insanlar gördüm və elə şəxslərlə birlikdə
oldum ki, əldə etdikləri bir dünya nemətinə
sevinməzdilər və itirdikləri heç bir şey üçün
kədərlənməzdilər. Onların gözündə, bu şeylər
ayaq basdıqları torpaqdan daha dəyərsiz idi.
RƏBB`lərinin Kitabı və Peyğəmbərlərinin
sünnəsi ilə əməl edirdilər. Gecə olduqda ayağa
qalxıb, səcdə edirdilər. Göz yaşları yanaqların
dan axardı.”
4
İbn Ömər
, bir camaat namazını
qaçırsaydı, bir gün oruc tutar, gecəni ibadətlə
keçirər və bir qul azad edərdi. Əmiru`l
Möminin Ömər ibn Abdi`l-AZİZ`in xanımı,
Fatimə bintu Abdi`l-MƏLİK belə deyir:
“Ondan daha çox namaz qılan və oruc tutan
görmədim. Ondan daha çox ALLAH`dan
qorxan görmədim. Gecə namazını qılar və
gözləri bağlanana qədər ALLAH`ı zikr edərək
yatardı. Sonra yenidən oyanırdı. Bəzən
yataqda olanda axirəti xatırlayıb, sərçənin
sudan qorxduğu kimi qorxardı və oturub
ağlayardı. Üstünə yorğanı örtərdim.” Vəki`i
nin belə dediyi rəvayət edilir: “A`məş yetmiş
yaşına çatmışdı və heç bir zaman imamla
birlikdə iftitah təkbirini qaçırmamışdı. Altmış
ildən çox yanına gedib-gəldim, bir rükəti belə
qəza etdiyini görmədim.” Süleyman ibn Həm
zə əl-Maqdisi belə deyir: “İki dəfədən başqa
heç bir fərz namazını tək qılmadım. Onları da
sanki qılmamış kimiyəm.” Öldüyü zaman
5
doxsan yaşına çatmışdı. ALLAH Q, onlara
rəhmət eləsin.
Bunlar; ürəkləri ALLAH Q sevgisi ilə
dolan və qəlbləri fərəhlənən, nəfsləri sakitliyə
çatan və əzaları xətircəm olan insanlara aid
ibrətli işarələr və onların həyatından toplanmış
misallardır. Sevgi düşüncəsi, üsyan düşüncə
sinin yerini; ALLAH`a Q yaxınlaşmaq istəyi,
Ona Q qarşı çıxmaq və üsyanın yerini; dilin
və əzaların ibadət ilə hərəkəti, günah ilə
hərəkətinin yerini almışdır.
Rəsulullaha
sevgisi Onun
gəldikdə; ibadət
qəlbinə tam yerləşmişdir.
İbadətinin ən böyük nümayişi, hər vəziyyətdə
ALLAH`a Q təslimiyyəti idi. ALLAH Q belə
buyurur:
“Yaxşı əməl sahibi olub ozünü ALLAH`a
təslim edən şəxsdən din etibarilə daha gözəl kim
ola bilər..?”1
1 ən-Nisa surəsi, 4/125.
6
Hər anında ALLAH`dan Q qorxar, dai
ma Onu Q zikr edər və Ondan Q bağışlanma
diləyərdi. Peyğəmbər
belə buyurdu:
“ALLAH`a and olsun ki, hər gün ALLAH`a
yetmiş dəfədən çox tövbə edirəm və Ondan
bağışlanma diləyirəm.”2
Gecələri ALLAH`a Q ibadət edər, bir
gecədə on üç rəkat namaz qılardı. Namazda,
ayaqları şişənə qədər qiyamda durardı. Ona,
“Ey ALLAH`ın Rəsulu! Keçmiş və gələcək
bütün günahlarını ALLAH Q bağışladığı
halda bunu nə üçün edirsən?” deyildikdə,
“Şükr edən bir qul olmayımmı?” buyurdu.3
Oruc tutar və sədəqə verirdi. İki dağ
arasını dolduran bir sürünü belə verirdi.
Rəsulullahın
ibadəti təəccüblüdür!
O, ən uca ibadət mərtəbələri ilə ümmətini
idarə etməyi birlikdə edərdi. Peyğəmbər
belə buyurur:
2 əl-Buxari.
3 əl-Buxari. Muslim.
7
“ALLAH`a and olsun ki, mən sizin aranızda
ALLAH`dan ən çox qorxan və Ona qarşı ən çox
təqvalı olanam. Ancaq mən, oruc tuturam və iftar
edirəm. Namaz qılıram həm də yatıram. Qadınlar
la evlənirəm. Kim mənim sünnətimdən üz çevirsə,
məndən deyildir.”4
İbn Teymiyə
belə deyir: “Qəlb, tək
ALLAH`a Q ibadətdən başqa heç bir şeylə
islah olmaz və qurtulmaz. Şevinc və hüzur
tapmaz, ləzzət və dad almaz. Rahat və xətir
cəm olmaz. Yaradılmış bütün ləzzətləri əldə
etsə belə razı olmaz və rahatlıq tapmaz. Çünki
fitrətinə görə RƏBB`inə xüsusi bir ehtiyacı
vardır. ALLAH Q onun ilahı, sevdiyi və istə
diyidir.”
İbadət növlərinin ən böyüyü, ALLAH`ın
Q fərz etdiyini yerinə yetirmək və ALLAH`ın Q
haram etdiyindən çəkinməkdir. Əbu Hureyrə
dən
rəvayət edilən bir qüdsi hədisdə Rə
sulullah
belə buyurur:
4 əl-Buxari.
8
“ALLAH buyurur ki: “... Qulum mənə,
onun üçün fərz etdiyimdən daha sevimli bir
şeylə yaxınlaşa bilməz …”5
Sələfin bütün həyatı ibadət etmək və
etdikləri bir çox ibadət növü olduqda, görəsən
nə ilə başlayardılar? Nəyi önə çəkərdilər?
Rabbani alim İbnu`l-Qayyim, bunu belə ca
vablandırır: “Əməllərin ən fəzilətlisi, o vaxtda
ALLAH`a Q ən sevimli olanı və ALLAH`ın Q
razı olduğudur.” Sonra bunu belə açıqlayır:
“Müsafirlər olduğunda ən fəzilətli əməl, on
ların haqqını vermək, müstəhəb zikrlər yerinə
müsafir ilə məşğul olmaqdır. Ər-arvad və
ailənin haqlarını yerinə yetirərkən də bu
belədir. Səhər vaxtlarında ən fəzilətli əməl,
namazla və Quranla, dua və zikrlə məşğul
olmaqdır. Azan vaxtlarında ən fəzilətli əməl,
etdiyi zikri tərk edib müəzzinin sözlərinə
qarşılıq verməkdir. Beş namaz vaxtlarında ən
fəzilətli əməl, namazı, ciddiyyət və səmimiy
5 əl-Buxari.
9
yətlə qılmaq və dərhal namaza getməkdir.
Ehtiyacı olan şəxsin, məqamla, bədən
lə və ya mal ilə yardıma möhtac olduğu vaxt
larda ən fəzilətli əməl, ona yardım etmək və
çətinliklərini həll etməkdir. Bunu, gündəlik
zikrlər və inzivadan (tənhalıqdan, təkliyə
çəkilməkdən) üstün tutmalıdır. Müsəlman bir
qardaşının xəstəliyində və ya ölümündə ən
fəzilətli əməl; onu ziyarət etmək, cənazə
namazında və dəfn edilməsində iştirak etmək,
bunları inzivaya üstün tutmaqdır. Çətinliyə
düşdüyün və insanların sənə əziyyət etdiyi
anda ən fəzilətli əməl, onlarla münasibətdə
səbir vəzifəsini yerinə yetirməyin və onlardan
qaçmamağındır.”
Sonra belə deyir: “Qul, daima ibadət
məqamları arasında gedir. Alimləri gördü
yündə, onu da onlarla bərabər görərsən. Abid
ləri gördüyündə, onu da onlarla birlikdə gö
rərsən. ALLAH`ı zikr edənləri gördüyündə,
onu da onlarla birlikdə görərsən. Sədəqə ve
rənləri gördüyündə, onu da onlarla görərsən.
10
Nəfsinin rahatlığı və ləzzəti başqa bir yerdə
olsa belə o, RƏBB`inin istədiyi kimi gedir.”
İbnu`l-Qayyimin açıqlaması bu şəkildə sona
çatır. ALLAH Q ona rəhmət etsin!
ALLAH Q belə buyurur:
“Mən cinləri və insanları yalnız Mənə
ibadət etmək üçün yaratdım!”6
Ayənin mənası budur: “Biz ancaq iba
dət etmək üçün yaradıldıq. ALLAH Q, həyatı
mızı ibadətdən başqa bir şeylə keçirməyimizi
qəbul etməz. Namaz, oruc, zəkat, həcc
ibadətdir. Düz danışmaq, əmanəti yerinə ver
mək, valideynlərə yaxşılıq və qohumları ziya
rət etmək, əhdlərə sadiq olmaq, yaxşılığı əmr
etmək və pislikdən çəkindirmək; qonşuya,
yetimə, yoxsula, səfərdə olana yardım etmək
ibadətdir. Dua etmək, zikr etmək və Quran
oxumaq ibadətdir. ALLAH`ı Q və Rəsulunu
sevmək, ALLAH`a Q tövbə etmək ibadət
dir. ALLAH`ın Q hökmünə səbr etmək, ne
6 əz-Zariyat surəsi, 51/56.
11
mətlərinə şükr etmək, qədərinə razı olmaq,
bağışlamasını ümid etmək və əzabından qorx
maq, bütün bunlar ibadətdir.
Tarix boyunca müsəlmanların başına gə
lənlər və bu gün bizim düçar olduğumuz bir
çox müsibət, sadəcə ibadət anlayışındakı yolu
azmaq səbəbinə görədir. İbadətin iki şərtindən,
ALLAH Q üçün ixlas və Rəsulullahın
sün
nəsinə uyğunluqdan azmağın nəticəsidir. İxlası
tərk etmək, tək ALLAH`a Q edilməsi vacib olan
ibadətin – peyğəmbərlər, mələklər və vəlilər
olsa belə – başqasına möhtac olan məxluqlara
edilməsinə səbəb olmuşdur. ALLAH`a Q yaxın
laşmaq üçün saleh şəxsləri vasitəçi edərlər.
Sünnəyə tabe olmaq nöqtəsindəki az
maq isə, ALLAH`ın Q izin vermədiyi və
Rəsulullahın
ibadət olaraq bildirmədiyi
müxtəlif ibadətlərin, fərqli şəkillərdə edilən
bidət zikrlərin və sözlərin ortaya çıxmasına
yol açmışdır. Bidət, əməlin formasında, sa
yında, şəklində, zamanında və ya məkanında
ola bilər. Bütün bunlar, onu edən şəxsdən
12
qəbul olunmaz. Çünki bu, ALLAH`ın Q izin
vermədiyi bir ibadətdir.
Bəziləri, ibadət anlayışını müəyyən for
malara malik ibadətlərlə əhatə olunduğunu
qəbul edirlər. İbadət edərkən əməli tərk edir
lər. Başqa bir əməl anında da ibadəti tərk edir
lər. Ümumi ibadət anlayışı budur. Davranışlar
və sözləri ilə bu cahiliyyə sözünü dilə gətirir
lər: “Qadının örtünməyindən və işləməyindən
dinə nə?! Şəxsi həyatımıza din nə üçün qarı
şır?! Qadının paltarından İslama nə?! Faizlə
alış-verişə din nə üçün qarışır?!” Məqsəd, dini
həyatdan uzaqlaşdırıb məscidin divarları ara
sına sıxışdırmaqdır. Bu səbəblə, namaz qılan,
oruc tutan və Quran oxuyan şəxsin saxtakar
lıq etməkdən, faizlə alış-verişdən və zülm et
məkdən çəkinmədiyini görürsən. Namaz qı
lan və oruc tutan bir qadının şəriətə müxalif
olmaqdan çəkinmədiyini, açıq-saçıq geyindi
yini, kişilərlə birlikdə oturub-durduğunu və
haram olan şeylərlə bəzəndiyini görürsən.
13
Ey İslam qardaşları! Nəfsin istədiyi və
yaşamaq üçün lazım olan əməllər, saleh niy
yətlə böyüyür və ibadət olana qədər ucalır!
Eyni şəkildə mübahlar da əməl dəftərinə iba
dət olaraq yazılır. Kəndli öz tarlasında, işçi öz
fabrikində, tacir öz dükanında, məmur öz iş
yerində və hər peşə sahibi öz peşəsində etdiyi
işi ibadət halına gətirə bilər. İş, ibadət olduqda
da, sahibi onu xainliklə çirklətməyəcək və sax
takarlıqla korlamayacaqdır. Saflığını, yalan və
hiylə ilə, insanların malını haqsız yerə yeyərək
korlamayacaqdır.
Bu, ibadətin geniş mənası və itaətin
geniş şəkildə təsəvvürüdür. Müsəlmanı, xeyir
və rəhmət çağlayan, fayda və bərəkət fısqıran
bir çeşmə halına gətirir. Müsəlmanın iradəsi
qüvvətlənir, ibadət etmək və bu ümmətə yar
dım üçün səyləri artır.
Kədərlinin göz yaşını silər. Çətinlikdə
olanın dərdini yüngülləşdirər. Fəlakətə düçar
olanın yarasını bağlayar. O, bu davranışında
ibadət duyğusunu hiss edir. Eyni şəkildə,
14
çarəsiz kimsəni aclığında doyuzdurar. Zülmə
düçar olana arxa olar. Məğlubun xətasını ba
ğışlayar. Ağır bir borc altında olanın borcunu
ödəyər. Yolunu azana yol göstərər. Bilməyənə
öyrədər. İnsanlardan bir pisliyi yox edər və ya
yolu, əziyyət edən bir şeydən təmizləyər.
Hər gün ümmətin binasına saleh bir
kərpic qoya bilərsən. İbadət və yaxşılıq, sənə
bəsit və tərəzidə yüngül görünsə də, axirət
tərəzisində ağırlığı və dəyəri çox olan əməllər
əlavə edə bilərsən. Rəsulullahın
bu sözünə
qulaq as:
“Sizə orucun, namazın və sədəqənin
dərəcəsindən daha üstün bir əməl bildirimmi?”
buyurur. “Bəli, ey ALLAH`ın Rəsulu!”
deyirlər. Rəsulullah
belə buyurur:
“İki şəxsi barışdırmaqdır. İki şəxsin arasını
vurmaq isə (dini) kökündən qazır.”7
Xəstə ziyarəti haqqında da belə bu
yurur:
7 Əbu Davud.
15
“Kim ALLAH üçün bir xəstəni və ya bir
qardaşını ziyarət edərsə bir carçı ona belə deyər:
“Qəbul oldun və etdiklərin də qəbul oldu. Cənnətdə
də bir yer hazırladın.”8
Əbu Hureyrə
hədisi rəvayət edir:
bir
Rəsulullahdan
bu
“Bir adam yolla gedərkən, yolun üstündə
tikanlı
budaq gördü və onu yoldan
uzaqlaşdırdı. ALLAH, etdiyinin əvəzi olaraq onu
bağışladı.”9
Əbu Zərr
bir hədisdə Peyğəmbərin
belə buyurduğunu rəvayət edir:
“Ümmətimin əməllərinin yaxşısı və pisi
mənə göstərildi. Onların gözəl əməlləri arasında,
yoldan əziyyət edən bir şeyi götürməyi gördüm.”10
Saleh əməlləri bəzi ibadətlərlə sərhəd
ləmək, təqvalı yaşamaq istəyənlərin vaxtlarını,
8 ət-Tirmizi.
9 Muslim.
10 Muslim.
16
o əməllərin təkrarı ilə keçirmələrinə yol açar.
Onlar, başqa bir əməli, ALLAH`ın Q rizasını
əldə etmək üçün bir vasitə olaraq görməzlər
və yer üzünün islahını tərk edərlər.
İslam qardaşları! ALLAH`dan layiqincə
qorxun! İbadəti pozan və savabını yox edən
şeylərdən çəkinin! Bunlardan biri də ALLAH`a
Q şirk qoşmaqdır. Riya və göstərişdir. ALLAH Q
belə buyurur:
“...Əgər onlar (ALLAH`a) şərik qoş
saydılar, etdikləri əməllər puça çıxardı.”11
Dində bidətin ortaya çıxmasının səbəbi
də bunlardandır. Rəsulullah
belə buyurur:
“Kim bizim əmrimiz olmayan bir əməl
işləsə o rədd edilmişdir.”12
İnsanlara zülm etmək, canlarına, mal
larına və namuslarına təcavüz etmək də
bunlardandır. Rəsulullah
belə buyurur:
11 əl-Ən`am surəsi, 6/88.
12 Muslim.
17
“Ümmətimdən iflas edən odur ki, Qiyamət
günü namazla, orucla və zəkatla gəlir. Ancaq birini
söymüş, başqasına iftira etmiş, bir başqa şəxsin haq
qını yemiş, digər bir şəxsin qanını tökmüş və döy
müşdür. Onlara, onun savabından verilir. Üzərində
ki haqlar alınmadan savabı bitərsə, onların günah
larından alınaraq ona yüklənir. Sonra da cəhənnəmə
atılır.”13
İnsanın, sonunu düşünmədən söylədiyi
bəzi çirkin sözlər də bunlardandır: Əbu Hu
reyrə
, Rəsulullahın
rəvayət edir:
belə buyurduğunu
“İnsan, heç bir təhlükə görməyərək ALLAH`ı
qəzəbləndirəcək bir söz söyləsə, bu səbəbdən cəhənnəm
atəşində yetmiş illik bir məsafəyə aşağı enər.”14
Rəsulullah
belə buyurur:
“Bir adam belə deyir: “ALLAH`a and olsun ki,
O filankəsi bağışlamaz.” ALLAH da belə buyurur:
13 Muslim.
14 İbn Macəh.
18
“Filankəsi bağışlamaya-cağımı deyərək mənim
adıma and içən kimdir? Şübhəsiz mən filankəsi
bağışladım və sənin əməlini puç etdim.”15
Əbu Hureyrə
hədisi rəvayət edir:
Rəsulullahdan
bu
“Bir adam, yol üstündə olan bir ağac buda
ğının yanından keçərkən “ALLAH`a and olsun ki,
bunu əziyyət verməməsi üçün müsəlmanlardan
uzaqlaşdıracağam” deyir və bu səbəbdən cənnətə
daxil olur.”16
ALLAH`a Q qulluq, bütün əzaların və
hisslərin Ona Q ibadətlə və Onun əmrini
yerinə yetirməklə məşğul olmasını labüd edir.
Kafirlərin və dinsizlərin haram edilən sözlə
rini dinləməyi tərk edərək ALLAH`a Q ibadət
edir.
15 Muslim.
16 Muslim.
19
ALLAH`ın Q haram etdiyi şeylərdən
baxışlarını qoruyaraq ALLAH`a Q ibadət edir.
Gözlərini, Qurana və elmi əsərlərə baxmaq
kimi vacib olan yerlərdə işlədir. Dili ilə
ALLAH`a Q saleh bir şəkildə ibadət edir. Onu
daima ALLAH`ı Q zikrlə və ALLAH`ın Q
sevdiyi gözəl sözlərlə məşğul edir. Boş söz
lərdən dilini qoruyur. Yalançı şahidlikdən,
başqalarını ayıblamaqdan və qeybətdən uzaq
durur. Zikr, yaxşılığı əmr etmək və pislikdən
çəkindirmək, insanların arasını islah etmək
kimi gözəl sözlərlə məşğul olur.
ALLAH`a Q əlləri və ayaqları ilə ibadət
edir. Əlini ancaq ALLAH Q üçün, ALLAH Q
yolunda və ALLAH`ın Q rizasına uyğun bir
şəkildə işlədir. Ayaqlarının, ALLAH`a Q qulluğa
bağlılığını qoruyur. Onlarla ancaq ALLAH`a Q
ibadət və Onun Q rizası üçün gedir. Onlarla cü
mə və camaat namazlarını qılmağa, vacib ibadət
ləri edərək savab qazanmağa tələsir.
ALLAH Q belə buyurur:
20
“De: “Mənim namazım da, ibadətim də,
həyatım və ölümüm də aləmlərin RƏBB`i
ALLAH üçündür! Onun heç bir şəriki yoxdur.
Mənə belə buyurulmuşdur və mən ilk
müsəlmanam!”17
Abdu`l-BARİ əs-SUBEYTİ
21.12.1421 hicri
17 əl-Ən`am surəsi, 6/162-163.
21