Ömər ibn Muhəmməd əs-SUBEYL
DİLİ HARAMDAN
QORUMAQ
www.islamevi.az
Bu kitab, DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT
KOMİTƏSİNİN 27/09/2006 tarixli № DK – 377d
ilə nəşr edilmişdir.
saylı razılığı
Kitabın müəllif hüquqları qorunur.
2
DİLİ HARAMDAN QORUMAQ
İnsanı yaradan və ona açıqlamağı öy
rədən ALLAH`a həmd olsun! Ona həmd və
şükr edirəm! O, əzaların günahlardan və asi
likdən qorunmasını əmr etmişdir. Şəhadət edi
rəm ki, ALLAH`dan başqa haqq ilah yoxdur.
O, Təkdir və şəriki yoxdur. Şəhadət edirəm ki,
Peyğəmbərimiz Muhəmməd Onun qulu və
insanlar arasından seçərək üstün etdiyi elçisi
dir. ALLAH Q Ona, təmiz əhli-beytinə, fəzi
lətli səhabələrinə, tabiinə və onlara yaxşılıqla
tabe olanlara gecə və gündüz bir-birini təqib
etdikcə salavat və salam etsin!.
Bundan sonra.. Ey müsəlmanlar! ALLAH`
dan layiqincə qorxun! Çünki ALLAH`dan la
yiqincə qorxmaq, bütün xeyirlərin toplandığı
yerdir. Səadət və qurtuluş yoludur. Nəfslər
təqva ilə təmizlənir, dillər doğru yola düşür
və qəlblər onunla islah olur. Etdiyiniz və söy
lədiyiniz hər bir şeydə ALLAH`dan Q layiqin
cə qorxun! ALLAH Q belə buyurur:
3
“ALLAH`a tərəf qaytarılacağınız gün
dən qorxun! (O gün) hər kəsə gördüyü əməlin
əvəzi veriləcək və (haqsız yerə) zülm olunma
yacaqdır!”1
ALLAH`ın qulları!. İslam, hökmləri ka
mil olan, qanunları hər şeyi əhatə edən bir
dindir. İnsanları əxlaqın və ədəbin ən yaxşı
sına yönəltmişdir. Pis davranışlardan və çirkin
sözlərdən çəkindirmişdir. İslamın yönləndir
diyi fəzilətlərdən və ədəbdən biri də danışma
ədəbidir. Gözəl danışmaq və dili çirkin və boş
sözlərdən qorumaqdır. ALLAH Q adəm oğlu
nu, ağıl və düşüncəsini açıqlama neməti ilə
heyvanlardan üstün etmiş və şərəfləndirmiş
dir. Bu nemətlə insan, ALLAH`ın Q yaradıcı
olduğunu görür. ALLAH Q belə buyurur:
1 əl-Bəqərə surəsi, 2/281.
4
“Məgər insan (A`s ibn Vail, yaxud U`beyy
ibn Xaləf) onu nütfədən yaratdığımızı görmədi
mi ki, birdən-birə (RƏBB`inə) açıq bir düşmən
kəsilmişdir.”2
Bu nemətin haqqı şükr etmək və nan
korluqdan çəkinməkdir. ALLAH Q üçün dili
haramdan və günahlardan qorumaqdır. Çünki
dil, əzaların ən təsirlisi və ən təhlükəlisidir.
ALLAH rizası üçün və insanlara faydalı yer
lərdə istifadə edilsə, sahibinin dünyada və axi
rətdə müvəffəqiyyətli olmasının və xoşbəxtli
yinin ən böyük səbəbi olar. ALLAH`ın Q qə
zəbinə yol açacaq və qullara zərər verəcək yer
lərdə istifadə edilsə, sahibinə ən böyük günah
ları və zərərləri gətirər. Buna görə İslam, dilə
böyük əhəmiyyət vermişdir. RƏBBimiz Q Qur
anda və Peyğəmbərlərin Seyyidinin
sözləri
2 Yasin surəsi, 36/77.
5
ilə, dili haramdan qorumağa, gözəl danışmağa
və pis sözlərdən çəkinməyə həvəsləndirmişdir.
ALLAH Q belə buyurur:
“(Ya Rəsulum!) Bəndələrimə de: Gözəl
sözlər söyləsinlər! Şeytan onların arasına fit
nə-fəsad sala bilər. Həqiqətən, şeytan insanın
açıq-aşkar düşmənidir!”3
ALLAH Q, iman sahiblərini və təqva
əhlini vəsf edərkən onların boş və batil sözlər
dən üz döndərdiklərini bildirir və belə buyurur:
“Həqiqətən, möminlər nicat tapmışlar!
(Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səa
dətə qovuşmuşlar!) O kəslər ki, namazlarında
müti olub (Ona) boyun əyərlər! (ALLAH`ın qar
şısında kiçilərlər!) O kəslər ki, lağlağıdan (lü
zumsuz şeylərdən, qadağan olunmuş əməllərdən)
üz döndərərlər!”4
3 əl-İsra surəsi, 17/53.
4 əl-Muminun surəsi, 23/1-3.
6
ALLAH Q belə buyurur:
“Onlar boş (yersiz) bir söz eşitdikləri
zaman ondan üz çevirib: “Bizim əməllərimiz
bizə, sizin əməlləriniz də sizə aiddir. (Hərə öz
əməlinə cavabdehdir). Sizə salam olsun! Biz ca
hilləri (cahillərlə yoldaşlıq etmək, onların söz-söh
bətinə qulaq asmaq, sonra da onlarla çənə-boğaz ol
maq) istəmirik!” - deyirlər.”5
Dili günahlardan və haramdan qoru
maq, dində doğruluğa və kamil imana çatma
ğın ünvanıdır. Rəsulullah
belə buyurur:
“Qəlbi doğru olana qədər qulun imanı doğ
ru olmaz. Dili doğru olana qədər də qəlbi doğru
olmaz.”6
Hətta, insanın bütün əzaları əyrilik və
doğruluq baxımından dilə bağlıdır. Əbu Sə`id
5 əl-Qasas surəsi, 28/55.
6 Əhməd İbn Hənbəl.
7
əl-Xudri
belə buyurdu
Rəsulullahın
ğunu rəvayət edir:
“Adəm oğlu səhərə çatdıqda, bütün əzaları
dilə səslənib: “Bizim haqqımızda ALLAH`dan qorx!
Çünki biz sənə tabeyik. Sən doğru olsan biz də doğ
ru olarıq, sən azsan biz də azarıq!” deyirlər.”7
İmam Nəvəvi deyir ki: “Yəni dilə itaət
edib, ona boyun əyərlər.”
İnsanın, dilini qoruması və az danış
ması nəfsinin təmiz olmasının və müdrikliyi
nin işarəsidir. Rəvayət edilən hikmətli sözlər
dən birində belə deyilir: “Ağıl kamil olarsa söz
azalar.” Hikmət sahibi insanlardan biri belə
deyir: “İnsanın danışması, fəzilətinin bəyanı
və ağlının tərcüməçisidir. Gözəl olan sözə yö
nəlin və onun azı ilə kifayətlənin!”
Şüurlu müsəlmanı ağlı, gözəl və yerinə
görə danışmağa sövq edər. Onu imanı buna
yönəldir. Danışmaq lazım deyilsə susmağı se
7 ət-Tirmizi.
8
çər və günahdan qorunmaq üçün özünü saxla
yar. Rəsulullahın
tövsiyəsi ilə hərəkət edər:
“Kim ALLAH`a və axirət gününə iman
edirsə ya xeyir söyləsin ya da ki, sussun!”8
Ağlından keçəni gözəl bir şəkildə ifadə
etmək uca bir ədəb və dəyərli bir əxlaqdır.
ALLAH Q keçmiş ümmətləri buna yönləndir
miş və onlardan bunun üçün söz almışdır.
ALLAH Q belə buyurur:
“Yadınıza gətirin ki, Biz bir zaman İs
rail oğullarından: “ALLAH`dan qeyrisinə iba
dət etməyin, valideynlərinizə, yaxın qohumla
rınıza, yetimlərə, yoxsullara ehsan (yaxşılıq,
kömək) edin, insanlarla xoş danışın, namaz qı
lın, zəkat verin!” - deyə əhd-peyman aldıq.
Sonra, az bir qisminiz müstəsna olmaqla, əh
dinizdən döndünüz, çünki siz (İsrail övladı haq
dan) üz döndərənsiniz.”9
8 əl-Buxari. Muslim.
9 əl-Bəqərə surəsi, 2/83.
9
Gözəl söz, dost və ya düşmən olsun hər
insanla gözəl nəticə verir. Dostla gözəl danış
maq, sevginin və dostluğun davam etməsini
təmin edər. Düşmənlə gözəl danışmaq isə qəlb
lərdəki kini, nifrəti, qəzəbi yox edər və düş
mənçiliyi söndürər. ALLAH Q belə buyurur:
“Yaxşılıqla pislik eyni ola bilməz! (Ey
mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qə
zəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cə
zaya bağışlanmaqla cavab ver!) Belə olduqda ara
nızda düşmənçilik olan şəxsi, sanki yaxın bir
dost görərsən! Bu (xislət) yalnız (dünyada mə
şəqqətlərə) səbr edənlərə verilir və yalnız böyük
qismət (savab, fəzilət) sahiblərinə əta olunur!”10
Ey müsəlmanlar!.. Dilin böyük fəlakət
ləri vardır. Lazımsız və boş danışmağın bir
çox zərərləri vardır. Möminlərin əmiri Ömər
10 Fussilət surəsi, 41/34-35.
10
ibn əl-Xəttab
bundan çəkindirərək belə
demişdir: “Çox danışanın xətası da çox olar.
Xətası çox olanın həyası azalar. Həyası azala
nın vərası (ALLAH qorxusu) azalar. ALLAH
qorxusu azalanın qəlbi ölər.” Keçmiş alimlər
dən biri belə deyir: “İnsanların ən bədbəxti və
müsibəti ən böyük olanı, tələskən bir dil və
tələskənliklə hərəkət edən bir qəlbə sahib olan
insandır.” Boş danışmaqdan uzaq durmaq, dini
və dünyəvi baxımdan başqalarına faydalı ol
mayan şeylərdən dili qorumaq bəsirət və müd
riklikdəndir. Rəsulullah
ümmətinə bunu
tövsiyə etmiş və buna çağırmışdır. Rəsulullah
dilini işarə edərək
“Buna sahib ol!”
buyurur. Muaz ibn Cəbəl
belə deyir: “Ey
ALLAH`ın Rəsulu! Bizlər danışdıqlarımız haq
qında hesab verəcəyik?” Bunun üzərinə Rəsu
lullah
belə buyurur:
11
“Anan səni itirsin, ey Muaz! İnsanlar, dil
ləri ilə əldə etdiklərindən başqa bir səbəblə cəhənnə
mə üzləri üstə atılarlarmı?”11
Süfyan əs-Səqafi belə rəvayət edir: “Ey
ALLAH`ın Rəsulu! Mənim üçün ən çox qorx
duğun şey nədir?” dedim. Rəsulullah
öz
dilini tutaraq “Bu” buyurdu.”12
Buna görə, bu ümmətin keçmiş alimlə
ri və ən seçkin insanları dilin təhlükəsindən
qorxardılar və olduqca çox çəkinərdilər. Əbu
Bəkr
dilini çıxarar və belə deyərdi: “Bu,
məni pis yerlərə aparar.” Abdullah ibn Məsud
belə deyir: “Ondan başqa haqq ilah olma
yan ALLAH`a and olsun ki, yer üzündə dil
dən başqa uzun müddət həbs edilməyə ehti
yacı olan bir şey yoxdur.” Ata ibn Əbi Rabah
da belə deyir: “Sizdən biri, gündüz dol
durduğu səhifə açıldığında içindəki bir çox şe
11 ət-Tirmizi.
12 ət-Tirmizi.
12
yin dini və dünyası ilə əlaqəsiz olmasından utan
maz mı?”
Ey ALLAH`ın qulları! Dil, təqva onu
nizama salmasa şeytanın əlində sərbəst bir ip
dir. Şeytan onunla bu dilin sahibini istədiyi
kimi yönləndirər. İnsan ağlına gələn hər şeyi
söyləmək üçün dilini sərbəst edərsə, dili onu
fəlakətə və həlaka aparar. Onu, dedi-qodu və
qeybət, yalan və iftira, pis və çirkin söz,
ALLAH`ın Q qullarına qarşı ədəbsiz davran
maq kimi böyük günahlara salar. Hətta bəzilə
rinin dili başqalarının şərəfini yaralayan bir
bıcaq kimi olmuşdur. Onlar ALLAH`ın Q qul
larını dolayar və onları alçaldarlar. Eyiblərini
sayar və qüsurlarını açıqlayarlar. İnsanları itti
ham edər, yalan danışar və şayiələr yayarlar.
Bunu etməyə onlara nə dilləri, nə kişilikləri,
nə də həyaları mane olar. Sanki ALLAH`ın Q
bu sözünü eşitməmişlər:
13
“Dediyi hər sözü (yazmaq üçün) onun
yanında hazır durub gözləyən (iki mələk)
vardır!”13
Bu şəxslər, Rəsulullahın
bu sözünə
görə nə vəziyyətdədirlər? O , belə buyurur:
“Mömin, (insanları) qaralayan və çox lə
nət edən, pis söz söyləyən və söyüş söyən bir kimsə
deyildir.”14
Digər bir hədisdə Rəsulullah
buyurur:
“Şübhəsiz qul, ALLAH`ı qəzəbləndirəcək
bir söz desə və ona əhəmiyyət verməsə, o söz səbəbi
ilə cəhənnəmə atılar.”15
Üzərində elm və doğruluq görüntüsü
olan bir şəxs bunu etsə bəla daha da böyük
olar. Pis və çirkin sözlər söyləyər. Heç bir fə
13 Qaf surəsi, 50/18.
14 ət-Tirmizi. O bu hədisin “həsən” olduğunu deyir.
15 əl-Buxari.
14
zilət sahibinin fəzilətini və dəyərli insanın də
yərini buraxmaz. Bir dil sürüşməsindən və ya
qələm xətasından və ya şəxsi bir səbəblə ölü
və ya diri, heç düşünmədən onları mühakimə
edir. Bəzən səbəb bunlardan heç biri olmaya
bilər. Sadəcə kin və ifrat onu buna sövq edir.
Dini duyğuları və ALLAH qorxusu ona mane
ola bilməsə ağıl və əxlaq da onu bundan çə
kindirməz?! Öz nəfsinin əyib və qüsurlarının
çoxluğunu bilməsi də onu bundan uzaqlaşdır
maz?! Keçmiş alimlərdən biri, insanların əley
hinə danışan bir şəxsin söhbətini eşitdikdə
ona belə deyir: “İnsanların eyiblərini çox gös
tərməyin ilə sənin eyiblərinin çoxluğuna qərar
verdik.”
Ey ALLAH`ın qulları! ALLAH`dan Q
layiqincə qorxun! Dillərinizi və digər əzaları
nızı ALLAH`ın Q haram etdiyi şeylərdən qo
ruyun! Daima ALLAH`ın Q bu sözünü xatır
layın:
15
“Ey iman gətirənlər! ALLAH`dan qorxun
və doğru söz söyləyin! (Əgər belə etsəniz, ALLAH)
əməllərinizi islah edər və günahlarınızı bağışla
yar. Hər kəs ALLAH`a və Peyğəmbərinə itaət
etsə, böyük bir səadətə (Cənnətə) nail olar.”16
ALLAH Q məni və sizi uca Quran və
Peyğəmbərimizin
sünnəsi ilə faydalandır
sın! Bu sözümü söyləyib, ALLAH`dan Q özüm
üçün, sizin üçün və bütün müsəlmanlar üçün
hər cür günahdan bağışlanma diləyirəm! Siz
lər də Ondan Q bağışlanma diləyin! Şübhəsiz
O Q çox Bağışlayan və Mərhəmət edəndir!
Mübarək və təmiz bir həmd ilə sevdiyi
və razı olduğu şəkildə RƏBB`imə çoxlu həmd
edirəm! Ona həmd edir, böyük nemətləri və
sonsuz ehsanı üçün Ona şükr edirəm! Şəhadət
edirəm ki, ALLAH`dan başqa haqq ilah yox
dur. O, Təkdir və şəriki yoxdur Şəhadət edi
rəm ki, Muhəmməd
Onun qulu və Rəsu
16 əl-Əhzab surəsi, 33/70-71.
16
ludur. Seçdiyi peyğəmbər və üstün etdiyi
dostudur. ALLAH Q Ona, əhli-beytinə, hida
yət öndərləri və qaranlığı aydınladan işıq mən
bəyi səhabələrinə, onların yolundan gedən və
izlərini təqib edənlərə çoxlu salavat və salam
etsin!
Bundan sonra... Ey ALLAH`ın qulları!
Günümüzdə, cəmiyyətlərin vəziyyətini incələ
yən insanlardan bir çoxunun toplantılarda və
konfranslarda lazımsız söhbətlərlə məşğul ol
duğunu görürsən. Nəfslərin meyl etdiyi bu
söhbətlər müxtəlif yayın orqanları vasitəsilə
nəql edilir. Bunlara qulaq asılır və insanlar bu
söhbətlərdən təsirlənirlər. Nəticədə heç bir
fayda əldə edə bilməzlər. Hətta çoxu dünyası
və axirəti üçün zərərlə dönər. Bütün bunlar
İslamın metodundan və ədəbindən deyildir.
Çünki İslam, boş və lazımsız danışmağı, də
yərsiz işlərlə məşğul olmağı xoş qarşıla
mır. Dəyərli və fəzilətli işləri bəyənir. ALLAH
Q belə buyurur:
17
“Onların gizli söhbətlərinin çoxunda
xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyi, ya
xud yaxşılıq etməyi və ya insanlar arasında
sülh yaratmağı əmr edən kimsənin söhbətin
dədir. ALLAH`ın razılığını qazanmaq üçün
belə işlər görən kimsəyə (axirətdə) böyük mü
kafat verəcəyik!”17
ALLAH`dan layiqincə qorxun və İsla
mın dəyərlərinə möhkəm sarılın! İman əhlinin
ədəbi ilə ədəblənin! Dillərinizi haramdan qo
ruyun! Dilinin şərindən qorunan böyük bir zə
rərdən qurtulmuşdur. Dilini xeyirdə, ibadətdə
və mübah olan söhbətlərdə istifadə edən, doğ
ruluğa və kamilliyə müvəffəq edilir. Bu,
ALLAH`ın Q dilədiyinə verdiyi bir lütfdür.
ALLAH Q böyük lütf sahibidir. ALLAH`ın
qulları! ALLAH`ın əmr etdiyi kimi rəhmət və
17 ən-Nisa surəsi, 4/114.
18
hidayət Peyğəmbərinə
xeyir-dua və salam
edin! ALLAH Q belə buyurur:
“Həqiqətən, ALLAH və Onun mələkləri
Peyğəmbərə salavat göndərirlər (xeyir-dua
verirlər). Ey iman gətirənlər! Siz də ona
salavat göndərib (onun üçün salavat deyib)
layiqincə salamlayın!”18
Ömər ibn Muhəmməd əs-SUBEYL
04.11.1422 hicri
18 əl-Əhzab surəsi, 33/56.
19