Mərhəmətli və Rəhmli Allahın adı ilə
Özündən soruşmusanmı:
Göyləri, yeri və onlarda olan əzəmətli məxluqatları kim yaradıb? Bu dəqiq və kamil nizamı kim yaradıb?
Bu əzəmətli kainat onu illər boyu dəqiq tənzimləyən qanunlarla necə nizamlanmış və sabit qalmışdır?
Bu kainat özü özünü yaradıbmı? Yoxsa heç nədən yaranıb? Yoxsa təsadüfən meydana gəlib?
Səni kim yaratdı?
Sənin bədəninə və canlıların bədənlərinə bu dəqiq sistemi kim yerləşdirdi?
Heç kəs ona bu evin bir kimsə tərəfindən tikilmədən meydana gəldiyini deyilməsini qəbul etməz! Yaxud bu evi yoxluq yaratmışdır deməsini də. Elə isə bəzi insanlar bu böyük kainat Yaradan olmadan meydana gəlmişdir deyəni necə təsdiqləyir? Ağıllı bir insan ona kainatın bu dəqiq nizam-intizamının təsadüf nəticəsində meydana gəldiyini söylənilməsini necə qəbul edə bilir?
Şübhəsiz ki, bu kainatın və içindəki hər şeyin yaradıcısı və idarə edəni olan böyük bir ilah vardır və O, Uca və Pak olan Allahdır.
Pak olan Rəbbimiz bizə elçilər göndərdi və onlara ilahi kitablar (vəhy) nazil etdi . Bu kitabların sonuncusu Qurani-Kərimdir ki, Allah onu, Öz elçilərinin sonuncusu olan Muhəmmədə nazil etmişdir. Uca Allah, Kitabları və elçiləri vasitəsilə:
Bizə Özünü, sifətlərini və bizim üzərimizdəki haqqını bildirdi və bizim də Onun üzərindəki haqqımızı bəyan etdi.
Bizə bəlli etdi ki, O, məxluqatı yaradan Rəbbdir. O, diri və ölməzdir. Məxluqat onun ovcunda, hökmranlığı və nəzarəti altındadır.
Bizə xəbər verdi ki, onun sifətlərindən biri də elmdir. O, hər şeyi elmi ilə əhatə etmişdir. O, eşidəndir, görəndir. Yerdə və göydə heç bir şey ondan gizli qalmaz.
Rəbb isə diridir, qəyyumdur. Hər bir məxluqun həyatı Onun əlindədir. O, hər bir məxluqatın həyatı özündən asılı olan qəyyumdur. Uca Allah buyurur:﴿اللَّهُ لا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ لا تَأْخُذُهُ سِنَةٌ وَلا نَوْمٌ لَهُ مَا فِي السَّمَوَاتِ وَمَا فِي الأَرْضِ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ وَسِعَ كُرْسِيُّهُ السَّمَوَاتِ وَالأَرْضَ وَلا يَئُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ﴾ (Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur).(Bəqərə: 255).
Bizə bildirdi ki, O, kamillik sifətləri ilə vəsf olunmuş Rəbbdir və O, bizə Onun böyüklüyünə, qüdrətinə və sifətlərinin kamilliyinə dəlalət edən yaradılışdakı möcüzələrini və qüdrətini dərk edən ağıl və hisslər bəxş etmişdir. O, bizim qəlbimizdə Onun kamilliyinə və naqisliklə vəsf oluna bilməyəcəyinə dəlalət edən fitrət yerləşdirdi.
O, bizə öyrətdi ki, Rəbb səmalarından yuxarıdadır və O, kainata daxil deyil, kainat da Ona daxil deyil.
O, bizə xəbər verdi ki, Ona təslim olmaq bizə vacibdir. Çünki O, bizim yaradanımız, kainatın yaradıcısı və onu idarə edəndir.
Yaradanın əzəmətli (kamil) sifətləri vardır. O, heç vaxt ehtiyac və naqisliklə vəsf oluna bilməz. Rəbb unutmaz, yatmaz, yemək yeməz. Onun həyat yoldaşı və ya övladı olması mümkün deyildir. Yaradanın əzəmətinə zidd olan fikirləri ehtiva edən bütün mətnlər Allahın elçilərinin (əleyhimus-sələm) gətirdiyi səhih vəhydən deyildir.
Uca Allah Qurani-Kərimdə buyurur:﴿قُلۡ هُوَ ٱللَّهُ أَحَدٌ * (De: "O Allah Təkdir!ٱللَّهُ ٱلصَّمَدُ * Allah Möhtac deyildir.لَمۡ یَلِدۡ وَلَمۡ یُولَدۡ * O, nə doğub, nə doğulub,وَلَمۡ یَكُن لَّهُۥ كُفُوًا أَحَدُۢ﴾ Onun bənzəri də yoxdur".(İxlas, 1-4)
Əgər sən Yaradan Rəbbə inanırsansa... Nə vaxtsa -yaradılmağının məqsədi nədir ? Allah bizdən nə istəyir və varlığımızın hədəfi nədir?- sualını vermisənmi?
Ola bilərmi ki, Allah bizi yaratsın və sonra bizi özbaşına buraxsın? Ola bilərmi ki, Allah bütün bu məxluqatı heç bir hədəf və məqsəd olmadan yaratsın?
Həqiqət budur ki, Əzəmətli Yaradan Rəbb olan "Allah" bizi nə məqsədlə yaratdığını -bu da yalnız tək olan Allaha ibadət etməkdir- və bizdən nə istədiyini bizə xəbər vermişdir! Bizə xəbər vermişdir ki, ibadətə haqqı olan yalnız odur. Öz elçiləri vasitəsilə Ona necə ibadət etməyimizi, onun əmrlərini yerinə yetirməklə və qadağalarını tərk etməklə ona necə yaxınlaşa biləcəyimizi, Onun razılığını necə qazana biləcəyimizi və cəzasından necə qoruna biləcəyimizi bizə bəyan etmişdir. Həmçinin ölümdən sonra bizi gözləyən şeyləri bizə xəbər vermişdir.
O bizə bu dünya həyatının sadəcə bir imtahan olduğunu, həqiqi və kamil həyatın isə ölümdən sonra axirətdə olacağını xəbər vermişdir.
O bizə, kim Allaha əmr etdiyi kimi ibadət edib, qadağan etdiklərindən çəkinərsə, Onun üçün dünyada gözəl həyat, axirətdə isə əbədi xoşbəxtlik olacağını, kim də Ona asi olub, küfr edərsə, onun üçün dünyada bədbəxtlik, axirətdə isə əbədi əzab olacağını xəbər vermişdir.
Çünki biz bilirik ki, bizdən kimsə yaxşı və ya pis əməllərinin qarşılığını almadan bu həyatda qala bilməz. Bəs, elə isə zalımlara cəza, yaxşılıq edənlərə isə mükafat olmayacaqdır?
Rəbbimiz artıq bizə xəbər vermişdir ki, Onun razılığını qazanmaq və Onun cəzasından qurtulmaq yalnız İslam dininə daxil olmaqla olar. Bu din, Ona təslim olmaq, heç bir şeyi Ona şərik qoşmadan yalnız Ona ibadət etmək, Ona itaətlə boyun əymək, Onun şəriətinə razı qalıb, qəbul edərəklə həyata keçirməkdir. O həmçinin bizə, insanlardan İslamdan başqa bir din qəbul etməyəcəyinə dair xəbər vermişdir. Uca Allah buyurur:(وَمَن يَبۡتَغِ غَيۡرَ ٱلۡإِسۡلَٰمِ دِينا فَلَن يُقۡبَلَ مِنۡهُ وَهُوَ فِي ٱلۡأٓخِرَةِ مِنَ ٱلۡخَٰسِرِينَ) (Kim İslamdan başqa bir din axtarsa, o (din) heç vaxt ondan qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar).(Əli İmran: 85).
Kim bu gün insanların çoxunun ibadət etdiyi şeylərə baxarsa; birinin insana, digərinin bütə, başqa birinin isə ulduza və bu kimi şeylərə ibadət etdiyini görər. Ağıl sahibi olan insana, sifətlərində kamil olan aləmlərin Rəbbindən başqasına ibadət etmək yaraşmaz. Axı insan özü kimi və ya özündən aşağı bir məxluqa necə ibadət edə bilər? İbadət olunan ilah: insan, büt, ağac və ya heyvan ola bilməz!
Bu gün insanların – İslamdan başqa – ibadət etdikləri dinləri Uca Allah qəbul etməz. Çünki bu dinlər ya insanlar tərəfindən ixtira edilmiş dinlərdir ya da əvvəl ilahi din olub sonra isə insan əli ilə dəyişdirilmiş dinlərdir. Amma İslama gəldikdə isə o, aləmlərin Rəbbinin dinidir. Bu din, dəyişilməyən və təhrif edilməyən bir dindir. Bu dinin kitabı Qurani-Kərimdir. Bu kitab, Allahın nazil etdiyi şəkildə qorunur və bu günə kimi sonuncu elçiyə nazil olduğu dildə insanların əlindədir.
İslamın əsaslarından biri də Allahın göndərdiyi bütün elçilərə iman etməyindir. Onların hamısı Allahın ayətlər və möcüzələrlə dəstəklədiyi insan olublar. Uca Allah onları, Allaha heç bir şeyi şərik qoşmadan tək Ona ibadətə dəvət etmək üçün göndərmişdir.Elçilərin sonuncusu Allah rəsulu Muhəmməddir-sallallahu aleyhi və səlləm-. Allah onu özündən əvvəlki elçilərin şəriətlərini nəsx edən son ilahi şəriətlə göndərmiş və onu böyük dəlillərlə dəstəkləmişdir. Dəlillərin ən böyüyü isə Qurani-Kərimdir. O aləmlərin Rəbbinin kəlamı, insanlara məlum olan ən böyük kitabdır. Bu kitab məzmununda, sözlərində, nəzmində, əhkamlarında möcüzəvidir. Bu kitabda dünya və axirətdə səadətə çatdıracaq haqqa yönəltmək vardır və o, ərəb dilində nazil edilmişdir.
Bu Quranın Yaradanın kəlamı olduğunu və onun insanlar tərəfindən yaradıla bilməyəcəyini heç bir şübhə doğurmadan sübut edən bir çox əqli və elmi dəlillər vardır.
İslamın əsasları arasında mələklərə iman və qiyamət gününə iman da vardır ki, Allah Qiyamət günü insanları əməllərinə görə hesaba çəkmək üçün qəbirlərindən çıxardacaq. Kim mömin olduğu halda saleh əməllər edərsə, onun üçün cənnətdə əbədi nemətlər vardır. Kim küfr edər və pis əməllər edərsə, onun üçün isə cəhənnəmdə böyük əzab vardır. Həmçinin İslamın əsaslarından biri də Allahın təqdir etdiyi xeyir və şərə iman etməkdir.
İslam dini sağlam fitrətə və ağıla uyğun gələn, normal nəfslər tərəfindən qəbul edilən hərtərəfli həyat tərzidir. Onu əzəmətli Yaradan məxluqatı üçün qanun-din etmişdir. Bu din, bütün insanlar üçün dünyada və axirətdə xeyir və xoşbəxtlik dinidir. İslam heç bir irqi digərindən, heç bir dəri rəngini digərindən fərqləndirmir və insanlar bu dində bərabərdirlər. İslamda heç kəs digərindən saleh əməlindən başqa bir şeylə fərqlənmir.
Uca Allah buyurur:(مَنۡ عَمِلَ صَٰلِحا مِّن ذَكَرٍ أَوۡ أُنثَىٰ وَهُوَ مُؤۡمِن فَلَنُحۡيِيَنَّهُۥ حَيَوٰة طَيِّبَة وَلَنَجۡزِيَنَّهُمۡ أَجۡرَهُم بِأَحۡسَنِ مَا كَانُواْ يَعۡمَلُونَ) (Mömin olaraq yaxşı iş görən kişi və qadınlara əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri yaxşı əməllərə görə mütləq onlara daha yaxşı mükafatlarını verəcəyik).[Ən-Nəhl, 97]
Allahın Qurani-Kərimdə təkidlə vurğuladığı şeylərdən biri də budur ki, Rəbb və məbud olaraq Allaha, din olaraq İslama, rəsul olaraq Muhəmmədə iman gətirmək və İslama girmək insanın heç bir seçimi olmayan vacib bir məsələdir. Qiyamət günü haqq-hesab və mükafat olacaqdır. Kim həqiqi mömindirsə, onun üçün uğur və böyük qurtuluş vardır. Kafir üçün isə açıq-aşkar ziyana uğramaq vardır.
Uca Allah buyurur:(... وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ يُدۡخِلۡهُ جَنَّٰت تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ وَذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ، (Kim Allaha və Onun Elçisinə itaət edərsə, (Allah) onu (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edər. Bu, böyük uğurdur).وَمَن يَعۡصِ ٱللَّهَ وَرَسُولَهُۥ وَيَتَعَدَّ حُدُودَهُۥ يُدۡخِلۡهُ نَارًا خَٰلِدا فِيهَا وَلَهُۥ عَذَاب مُّهِين) (Kim Allaha və Onun Elçisinə asi olub Onun hüdudlarını aşarsa, (Allah) onu içində əbədi qalacağı (Cəhənnəm) oduna vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır).[Ən-Nisə, 13-14]
İslama daxil olmaq istəyən kəs mənasını bilərək və inanaraq: "Əşhədu əllə iləhə illallah və əşhədu ənnə Muhəmmədən rasulullah" (Şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur və şəhadət verirəm ki, Muhəmməd Allahın Rəsuludur) deməlidir. Əgər o bu iki kəlməni deyərsə, bununla o, müsəlman olur. Daha sonra Allahın ona vacib etdiyi şeyləri yerinə yetirməsi üçün İslamın qalan qanunlarını yavaş-yavaş öyrənməlidir.