Articles

Mərhəmətli və Rəhmli Alla­­­­hın adı ilə





İslam aləmlərin Rəbbinin dinidir.





Rəbbin kimdir?





Bu varlıq haqqında ən böyük sualdır. Bu, insanın cavabını bilməli olduğu ən mühüm sualdır.





Rəbbimiz göyləri və yeri yaradan, səmadan su endirən, onunla bizə və bəslədiyimiz heyvanlara qida olaraq meyvə və ağaclar  çıxarandır.Bizi, ata babalarımızı və hər bir şeyi yaradan Odur. Gecə və gündüzü yaradan Odur. Gecəni, yatmaq və rahatlıq zamanı, gündüzü isə ruzi qazanmaq və çalışma zamanı edən də Odur.Günəşi, ayı, ulduzları, dənizləri, ətindəndən yeyib, südündən və yunundan faydalandığımız heyvanları da bizə ram edən Odur.





Aləmlərin Rəbbinin sifətləri nədir?





Rəbb, məxluqatı yaradandır. Onları haqqa və hidayətə yönəldəndir. Bütün məxluqatın işlərini idarə edəndir. Onları ruziləndirəndir. Dünya və axirət həyatında olan hər şeyin sahibidir. Hər bir şey onun mülküdür, Özündən başqa olan hər bir şey Ona aiddir.O, ölməyən və yatmayan- diri olandır, O, hər canlının əmriylə həyat tapdığı Qayyumdur(Varlığı və Əbədiliyi Öz Zatından olan, ölməyən, hər şeyi ayaqda tutub, varlıqlarını davam etdirən), rəhməti hər şeyi əhatə edəndir, yer üzündə və göydə heç bir şeyin özünə gizli qalmayanı da odur.Onun misli bənzəri yoxdur. O, eşidən və görəndir. O, göylərin üzərindədir və məxluqatına möhtac deyildir. Əksinə, bütün məxluqatı Ona möhtacdır. O, heç bir məxluqatına hulul edib qarışmaz və hər hansı bir məxluqu da Onun zatına hulul edib qarışmaz.Rəbb, pozulmayan, harmonik sistemi olan bu müşahidə edilən aləmi yaradandır. Bu, istər insan və heyvan bədənlərinin sistemləri, istərsə də ətrafımızda olan günəşi, ulduzları və digər komponentləri ilə bizi əhatə edən kainatın sistemləri olsun, eynidir.





Əgər Ondan başqa ibadət edilən özünə nə bir fayda, nə də bir zərər verməyə qadir deyilsə, ona ibadət edənə necə fayda verə bilər və ya zərəri ondan uzaqlaşdıra bilər?





Rəbbimizin üzərimizdə olan haqqı nədir?





Onun bütün insanlar üzərində olan haqqı yalnız Ona ibadət edib, heç bir şeyi Ona şərik qoşmamaq, Ondan başqasına və ya Onunla birgə hər hansı insana, daşa, çaya, cisimə, ulduza və ya hər hansı bir şeyə ibadət etməmələri, ibadəti xalis olaraq aləmlərin Rəbbi olan Allah üçün etmələridir.





İnsanların Rəbbi üzərində olan haqqı nədir?





İnsanların Allah üzərində olan haqqı, Ona ibadət etdikləri təqdirdə onlara əmin-amanlıq, salamatlıq, rahatlıq və razılıq tapacaqları gözəl həyat və axirət diyarında isə onları içində qalıcı nemətləri və əbədi həyat olan cənnətə daxil etməsidir. Əgər Ona üsyan edərlərsə və əmrinə muxalif olarlarsa, özlərini xoşbəxtik və rahatlıqda zənn etsələr belə, həyatlarını bədbəxt və kədərli edər, axirətdə isə içərisindən çıxmayacaqları və içində bitməyən əzab olan və əbədi qalacaqları oda salar.





Mövcudluğumuzun qayəsi nədir və biz nə üçün yaradılmışıq?





Kərim olan Rəbbimiz bizi yalnız Ona ibadət etməyimiz və Ona heç bir şeyi şərik qoşmamağımız üçün şərəfli bir məqsəd üçün yaratdığını bizə xəbər vermişdir. Bizə yer üzünü yaxşılıq və islahla bərqərar etməyi tapşırmışdır. Kim Rəbbindən və Yaradanından başqasına ibadət edərsə, nə məqsədlə yaradıldığını bilməmiş, nə də Yaradanı qarşısında vəzifəsini yerinə yetirməmişdir.  Kim yer üzündə fitnə-fəsad törədərsə, o, mükəlləf olduğu vəzifəni dərk etməmişdir.





Rəbbimizə necə ibadət edək?





Rəbbimiz bizi boş-mənasız yaradıb başlı-başına buraxmadı. Əksinə, insanların içindən öz qövmlərinə elçilər seçdi. Bu elçilər, insanlar arasında ən kamil əxlaqlı, ən pak ruhlu və təmiz qəlbli insanlardır. Rəbbi onlara, insanların, izzət və cəlal sahibi olan Rəbbi haqqında, insanların diriləcəyi, hesab və cəza günü olan qiyamət günü barədə bilmələri vacib olan hər şeyi ehtiva edən risalətlərini nazil etdi.Elçilər öz qövmlərinə Rəbbinə necə ibadət etməli olduqlarını çatdırmış, onlara ibadətlərin necəliyini, vaxtlarını, onun dünyada və axirətdə olan savabını bəyan etmiş, onları Rəbbinin onlara yemək, içmək və evlənməkdə haram buyurduğu şeylərdən çəkindirmiş, onları gözəl əxlaqa yönəltmiş və pis əxlaqdan çəkindirmişlər.





Uca Allah qatında qəbul olunan din hansıdır?





Uca Allah qatında qəbul olunan din İslamdır. O, bütün peyğəmbərlərin təbliğ etdiyi dindir. Uca Allah qiyamət günü ondan başqa heç bir dini qəbul etməyəcəkdir. İnsanların İslamdan başqa qəbul etdikləri hər bir din, batil dindir və sahibinə fayda verməyəckdir. Əksinə, dünya və axirətdə onun bədbəxtlik səbəbi olacaqdır.





Bu dinin (İslamın) əsasları və rükunları nədir?





Uca Allah bu dini Öz qulları üçün asanlaşdırmışdır. Bu dinin ən böyük rükunları: Allaha, Onun Rəbb və İlah olaraq qəbul edib Ona iman gətirməyin. Həmçinin Onun mələklərinə, kitablarına, elçilərinə, axirət gününə və qədərə iman gətirməyin və Allahdan başqa ibadətə layiq haqq ilahın olmadığına, Muhəmmədin Allahın Rəsulu olduğuna şəhadət gətirməyin, namaz qılmağın, əgər zəkatı vacib edəcək qədər malın varsa, zəkat verməyin, ilin bir ayı olan Ramazan ayının orucunu tutmağın, əgər bacarırsansa İbrahimin-Allahın salamı onun üzərinə olsun- Rəbbinin əmri ilə bina etdiyi qədim evi (Kəbəni) Allah üçün həcc zirayəti etməyindir.Allahın sənə haram buyurduğu şeylərdən - şirk qoşmaqdan, adam öldürməkdən, zina etməkdən, haram mal yeməkdən çəkinməyindir. Əgər Allaha iman gətirib bu ibadətləri yerinə yetirsən və bu haramlardan çəkinsən, sən bu dünyada müsəlmansan. Qiyamət günü isə Allah sənə əbədi səadət və cənnətdə əbədi qalmağı bəxş edər.





İslam bir xalq üçün və ya bir irq üçün olan dindirmi?





İslam bütün insanlar üçün Allahın dinidir. Təqva və yaxşı əməllər müstəsna olmaqla heç kimin, heç kəs üzərində üstünlüyü yoxdur. İnsanlar bu dində bərabərdirlər.





İnsanlar elçilərin -Aleyhimus-sələm- doğruluğunu necə bilirlər?





İnsanlar elçilərin doğruluğunu bir çox yollarla bilirlər. Bunlardan bəziləri aşağıdakılardır:





Ağıl və sağlam fitrət onların haqq və hidayətdən gətirdikləri şeyi  qəbul edir. Ağıllar onun yaxşı olduğuna şəhadlik edir və elçilərdən başqa heç kim onların gətirdikləri şeylərin bənzərini gətirə bilmir.





Elçilərin gətirdiyi şeylərdə insanların dinləri və dünyalarının abadlığı, işlərinin düzgünlüyü, sivilizasiyalarını qurmaq, dinlərini, ağıllarını, mallarını və namuslarını qorumaq var.





Peyğəmbərlər -Aleyhimussələm- insanları xeyirə və doğru yola yönəltdikləri üçün onlardan mükafat istəmirlər. Əksinə, onlar, mükafatlarını öz Rəbbindən gözləyirlər.





Elçilərin gətirdikləri heç bir şübhənin qarışmadığı, ziddiyyət və çaşqınlığın olmadığı həqiqət və yəqinlikdir. Hər bir peyğəmbər, əvvəlki peyğəmbərləri təsdiq edir və onların çağırdıqları şeyin eynisinə çağırırlar.





Uca Allah, elçiləri -Aleyhimussələm-, onların Allah tərəfindən göndərildiyinə dair dəlil olması üçün onların əlləri ilə göstərdiyi açıq-aydın dəlillərlə və inkar edilməz möcüzələrlə dəstəkləyir. Peyğəmbərlərin ən böyük möcüzəsi, son elçi Muhəmmədin -sallallahu aleyhi və səlləm- möcüzəsi olan Qurani-Kərimdir.





Qurani-Kərim nədir?





Qurani-Kərim aləmlərin Rəbbinin kitabıdır. Bu kitab, Cəbrail mələk - Aleyhissələm- vasitəsi ilə Məhəmməd peyğəmbərə-sallallahu aleyhi və səlləm-nazil edilmiş Allahın kəlamıdır. Bu kitab özündə, Allah, mələkləri, kitabları, elçiləri, axirət günü, qədərin xeyri və şəri barəsində insanların bilməsi vacib olan hər bir şeyi əhatə etmişdir.Orada vacib olan ibadətlər, çəkinilməsi vacib olan haramlar, fəzilətli və məzəmmət olunan əxlaqlar, insanların dini, dünyası və axirəti ilə bağlı olan hər şey vardır. Bu, Allahın insanlara onun bənzərini gətirməsi üçün meydan oxuduğu möcüzəvi bir kitabdır. O, nazil olunduğu dildə Qiyamət gününə qədər qorunub saxlanılır, onun heç bir hərfi əskik olmayıb və hər hansı bir sözü dəyişilməyib.





Öldükdən sonra dirilişin və hesaba çəkilməyin dəlili nədir?





Məgər, həyat olmayan ölü torpağın üzərinə su endikdə  silkələndiyini və hər cür gözəl bitkilər cücərtdiyini görmürsənmi? Həqiqətən, onu dirildən ölüləri də diriltməyə qadirdir.İnsanı dəyərsiz bir damla sudan yaradan Xaliq, Qiyamət günü onu diriltməyə, hesaba çəkməyə və onu tam bir şəkildə mükafatlandırmağa qadirdir. Əgər əməli xeyir olubsa, bu mükafat xeyir olacaqdır, əgər şər olubsa, şər.Göyləri, yeri və ulduzları yaradan Xaliq, insanı yenidən yaratmağa qadirdir. Çünki insanı yenidən yaratmaq, göyləri və yeri yaratmaqdan daha asandır.





Qiyamət günü nə olacaqdır?





Uca Rəbb məxluqları qəbirlərindən çıxardacaq, sonra onları əməllərinə görə hesaba çəkəcəkdir. Kim iman gətirib elçiləri təsdiqləyibsə, onu, əzəmətindən dolayı insanın ağlına gəlməyən əbədi səadət olan Cənnətə daxil edəcəkdir. Kim küfr edərsə, onu, insanın təsəvvür edə bilməyəcəyi əbədi əzab olan Cəhənnəmə daxil edəcəkdir. İnsan Cənnətə və ya Cəhənnəmə girdikdə, heç vaxt ölməyəcək və o,  ya əbədi səadət ya da əbədi əzab içində olacaqdır.





İnsan İslama daxil olmaq istədikdə nə etməlidir? Onun yerinə yetirməli olduğu ayinlər və ya buna icazə verməyi vacib olan şəxslər varmı?





Əgər insan haqq dinin İslamın olduğunu və onun aləmlərin Rəbbinin dini olduğunu bilərsə, o, İslam dininə daxil olmağa tələsməlidir. Çünki, ağıllı şəxs özünə haqq bəyan olduqdan sonra ona tələsməlidir və bu işi yubandırmamalıdır.Kim İslama daxil olmaq istəyərsə, ona xüsusi ayinləri yerinə yetirmək və ya hər hansı bir kəsin hüzurunda olması vacib deyildir. Lakin bu, bir müsəlmanın yanında və ya İslami mərkəzdə olarsa, bu, xeyir üzərinə xeyirdir. Ona İslama daxil olması üçün mənasını bilə-bilə, iman gətirərək, "Əşhədu əllə iləhə illallah və əşhədu ənnə Muhəmmədər-rasulullah" (şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və şəhadət edirəm ki, Muhəmməd Allahın elçisidir) deməsi kifayətdir və bununla o, müsəlman olur. Sonra isə Allahın ona vacib etdiyi şeyləri yerinə yetirmək üçün şəriətin qalan məsələləini bir-bir öyrənir.





 





 





 





İslam aləmlərin Rəbbinin dinidir........................................................................................................





Rəbbin kimdir?.............................................................................................................................





Aləmlərin Rəbbinin sifətləri nədir?..................................................................................................





Rəbbimizin üzərimizdə olan haqqı nədir?........................................................................................





İnsanların Rəbbi üzərində olan haqqı nədir?....................................................................................





Mövcudluğumuzun qayəsi nədir və biz nə üçün yaradılmışıq?.........................................................





Rəbbimizə necə ibadət edək?.......................................................................................................





Uca Allah qatında qəbul olunan din hansıdır?.................................................................................





Bu dinin (İslamın) əsasları və rükunları nədir?..................................................................................





İslam bir xalq üçün və ya bir irq üçün olan dindirmi?.......................................................................





İnsanlar elçilərin -Aleyhimus-sələm- doğruluğunu necə bilirlər?.........................................................





Qurani-Kərim nədir?......................................................................................................................





Öldükdən sonra dirilişin və hesaba çəkilməyin dəlili nədir?..............................................................





Qiyamət günü nə olacaqdır?.........................................................................................................





İnsan İslama daxil olmaq istədikdə nə etməlidir? Onun yerinə yetirməli olduğu ayinlər və ya buna icazə verməyi vacib olan şəxslər varmı?..............................................................................................................................





 



Recent Posts

ئىسلام دىنى ‫ئىنساننى ...

ئىسلام دىنى ‫ئىنساننىڭ تۇغما تەبىئىتى، ئەقىل-ئىدراكى ۋە بەخت-سائادىتىگە ئۇيغۇن دىندۇر

اسلام ‫فطرت، عقل و حک ...

اسلام ‫فطرت، عقل و حکمت اور سعادت کا مذہب

জৈবিক বিবর্তন - একটি ...

জৈবিক বিবর্তন - একটি ইসলামিক পারস-পেকশন

İslam, Allahın göndər ...

İslam, Allahın göndərdiyi elçilərin dinidir