Əli ibn Abdu`r-RAHMAN əl-HUZEYFİ
UŞAQLARINIZ SİZƏ BIR
ƏMANƏTDİR
www.islamevi.az
Bu kitab, DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT
KOMİTƏSİNİN 27/09/2006 tarixli № DK – 377d
ilə nəşr edilmişdir.
saylı razılığı
Kitabın müəllif hüquqları qorunur.
2
UŞAQLARINIZ SİZƏ BIR
ƏMANƏTDİR
Yaradıb nizamlayan və yol göstərən
ALLAH`a həmd olsun! Saysız nemətləri üçün
Ona həmd edirəm! Şəhadət edirəm ki, ALLAH`
dan başqa ibadətə və itaətə layiq haqq ilah
yoxdur. Axirətdə və dünyada həmd Onadır! Şə
hadət edirəm ki, Peyğəmbərimiz Muhəmməd
Onun qulu və razı olduğu elçisidir. ALLAH`ım!..
Qulun və Rəsulun Muhəmməd Mustafaya, əhli
beytinə və əshabına, onlara uyan və nümunə alan
lara xeyir-dua və salam elə, onları bərəkətli et!..
Bundan sonra... Ey müsəlmanlar!.. ALLAH`
dan layiqincə qorxun və Ona itaətə bağlı qalın! Çünki
Ona itaət etmək ən doğru və ən güclü davranışdır.
Azuqə hazırlayın, şübhəsiz azuqənin ən xeyirlisi
ALLAH`dan layiqincə qorxmaqdır.
ALLAH`ın qulları!.. ALLAH`ın Q in
sanlar üzərindəki neməti sayıla bilinməyəcəq
qədər çoxdur. ALLAH Q belə buyurur:
3
“Əgər ALLAH`ın nemətlərini sayacaq
olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən,
ALLAH Bağışlayandır, Mərhəmətlidir!”1
Bu nemətlərin ən böyüklərindən biri
də nəsil nemətidir. ALLAH Q belə buyurur:
“ALLAH sizin üçün özünüzdən (Adəm
və Həvvadan, yaxud öz cinsinizdən) zövcələr
yaratdı, zövcələrinizdən də sizin üçün oğullar,
nəvələr əmələ gətirdi, pak (halal) nemətlərin
dən sizə ruzi verdi...”2
Nəsil, bəşəriyyətin davamı və valideyn
lər üçün digər bir ömür olması ALLAH`ın Q bir
lütfüdür. ALLAH Q belə buyurur:
“Sizi yer üzünün varisləri edən (bir
birinizin yerinə gətirən) Odur...”3
1 ən-Nəhl surəsi, 16/18.
2 ən-Nəhl surəsi, 16/72.
3 əl-Fatir surəsi, 35/39.
4
Uşaqlar, valideynlərinin xüsusiyyətlə
rini və xasiyyətlərini daşıyırlar. Dünya olduq
ca onlar ilə ALLAH`a Q ibadət gerçəkləşir və
yer üzü abad edilir. Onların sayəsində yar
dımlaşma, bir-birinə mərhəmət etmə, qohum
luq əlaqələri və yaxşılıq qurulur. ALLAH Q
belə buyurur:
“Ey insanlar! Sizi tək bir şəxsdən
(Adəmdən) xəlq edən, ondan zövcəsini (Həv
vanı) yaradan və onlardan da bir çox kişi və
qadınlar törədən RƏBB`inizdən qorxun! (Adı
ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz
ALLAH`dan, həmçinin qohumluq əlaqələrini
kəsməkdən həzər edin! Şübhəsiz ki, ALLAH
sizin üzərinizdə gözətçidir!”4
ALLAH Q belə buyurur:
“İnsanları sudan (nütfədən) yaradan,
onları (bir-biri ilə) əsl qohum (qan qohumu) və
4 ən-Nisa surəsi, 4/1.
5
sonradan qohum edən Odur. RƏBB`in (hər
şeyə) Qadirdir!”5
Uşaqlar, ALLAH`ın Q bir neməti
olduğu kimi eyni zaman da valideynlər üçün
böyük bir əmanətdir. Əmanətin haqqı, qorun
maq və itirilməməkdir. Mühafizə edilmək və
pozulmamaqdır. Əmanəti qorumaq və ondan
qafil olmamaqdır. ALLAH Q belə buyurur:
“ALLAH sizə əmanətləri öz sahiblə
rinə qaytarmanızı və insanlar arasında hökm
etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr
edir…”6
Uşaqlar; dinləri və əxlaqlarının təmiz
lənməsi, sağlam üslubla tərbiyə edilmələrində
valideynlərin və vəlilərin yanında bir əmanət
dirlər. ALLAH Q belə buyurur:
5 əl-Furqan surəsi, 25/54.
6 ən-Nisa surəsi. 4/58.
6
“Ey iman gətirənlər! Özünüzü və əhli
əyalınızı elə bir oddan qoruyun ki, onun
yanacağı insanlar və daşlar (daşdan düzəlmiş
bütlər), xidmətçiləri isə ALLAH`ın onlara ver
diyi əmrlərə asi olmayan, buyurduqlarını
yerinə yetirən daş qəlbli (heç kəsə zərrəcə rəhm
etməyən) və çox sərt təbiətli mələklərdir (zəba
nilərdir).”7
Yəni; ALLAH`a Q itaət edərək və Ona
Q qarşı asi olmağı tərk edərək cəhənnəmlə
aranıza bir maneə qoyun! Amr ibn Şuayb
atasından, o da babasından Rəsulullahın
belə buyurduğunu rəvayət edir:
“Uşaqlarınıza yeddi yaşında namazı əmr
edin, on yaşında namaz üçün onları döyün və ya
taqlarını ayırın.”8
7 ət-Təhrim surəsi, 66/6.
8 Əbu Davud.
7
Uşaq namazdan məsul olmasa da, iba
dətə öyrəşməsi, ibadət etməyə davam edərkən
və günahlardan çəkinərkən həddi-buluğ yaşı
na girməsi üçün yeddi yaşında namaz qılması
əmr edilir. Bunu əmr etməklə məsul olan
vəlidir. Bu yaşda ona bunu əmr etməsə güna
hı vəlinin üzərinədir. Oruc da eyni şəkildədir,
həddi-buluğdan əvvəl uşaq oruc tutmağa
öyrəşdirilməlidir.
Din və əxlaq mövzusunda xüsusi
diqqət göstərmək valideynlərin ən mühüm
vəzifəsidir. Çünki uşaq, dininə bağlı olaraq
böyüyərsə gəncliyində bütün haqları qoruyar.
Dini, qohumları və cəmiyyəti qarşısındaki
vəzifələrini yerinə yetirər. ALLAH`ın Q haq
larını yerinə yetirməsə, qulların haqlarını heç
yerinə yetirməz. Gözəl əxlaqa öyrəşmək, nəfs
də sağlam bir xasiyyət əmələ qətirər və bu
xasiyyət xarici təsirlərlə yox olmaz. Eyni şəkil
də pis sifətlərə öyrəşmək, hər cür alçaqlığa və
pisliyə, ziyana və xəsarətə sürükləyər. Çünki
8
insan gəncliyini hansı işlə keçirərsə o işlə də
qocalar. Hansı işlə qocalarsa o işlə də ölər.
Hansı işlə ölərsə də –ALLAH`ın Q izni ilə- o
işlə yenidən dirildilir.
Uşaqların dini yönləri ilə maraqlanmaq,
onlarla əlaqəli ən böyük şəri vəzifədir. Buna görə
ALLAH Q, qullarına hər zaman doğru dinə
sarılmağı tövsiyə etmişdir. ALLAH Q belə buyu
rur:
“Ey iman gətirənlər! ALLAH`dan
layiqincə qorxun. Yalnız müsəlman olduğunuz
halda (müsəlman kimi) ölün!”9
Bu tövsiyə, peyğəmbərlərin də tövsi
yəsi idi. ALLAH Q belə buyurur:
“İbrahim və (sonra da) Yaqub bunu (mü
səlman olmağı) öz oğlanlarına vəsiyyət edib (hər
biri dedi): "Ey oğlanlarım, həqiqətən, ALLAH
sizin üçün (belə bir) din (İslam dini) seçdi, siz də
ancaq müsəlman olaraq ölməlisiniz!” (Ey yəhu
9 Ali İmran surəsi, 3/102.
9
dilər!) Yoxsa Yaqubun ölümü yetişdikdə siz
onun yanında idiniz?! O: “Məndən sonra nəyə
ibadət edəcəksiniz?” - deyə oğlanlarından so
ruşduğu zaman, onlar: "Sənin ALLAH`ına və
ataların - İbrahimin, İsmailin və İshaqın
ALLAH`ı olan tək ALLAH`a təslim olacağıq
(Ona ibadət edəcəyik)!"- dedilər.”10
ALLAH Q Loğmandan
edərək belə buyurur:
bəhs
“Oğlum! Namaz qıl, (insanlara) yaxşı
işlər görməyi əmr et, pis işləri qadağan elə! (Bu
yolda) sənə üz verəcək müsibətlərə döz! Həqi
qətən, bu (dediklərim) vacib əməllərdəndir!”11
İbn Abbas
, Rəsulullahın
buyurduğunu rəvayət edir:
belə
“Ey uşaq! Sənə bəzi kəlimələr öyrədəcə
yəm: ALLAH`ı (dinini) qoru ki, O da səni qoru
10 əl-Bəqərə surəsi, 2/132-133.
11 Loğman surəsi, 31/17.
10
sun! ALLAH`ı (dinini) qoru ki, Onu qarşında
tapasan. İstədiyində ALLAH`dan istə və yardım
dilədiyində ALLAH`dan dilə!”12
Atalar, analar və vəlilər öyüdlərinin və
yönləndirmə-lərinin fayda verməsi üçün öz
ləri mütləq gözəl bir örnək olmalıdırlar. Çünki
valideynlərin gözəl örnək olması, uşağın dav
ranışlarına təsir edən ən böyük səbəbdir.
Yaxşı və ya pis meyvələr verir. Buna görə mü
səlman; ALLAH`ın Q, boynuna qoyduğu
əmanətlər haqda ALLAH`dan Q qorxmalıdır.
ALLAH Q möminlər haqqında belə buyurur:
“O möminlər ki, əmanətlərini və əhdlərini
qoruyub saxlayarlar (onlara tapşırılmış əmanətə
xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər).”13
12 ət-Tirmizi.
13 əl-Muminun surəsi, 23/8.
11
Uşaqların tərbiyəsi atalara, analara və
vəlilərə əmanətdir. Ən çox lazım olan elm isə, heç
kimin bilməməsinin bağışlanmayacağı şəri
elmdir. Bundan sonra, istedadlarına, güclərinə və
tərbiyələrinə görə digər elmlərə yönləndirilirlər.
Hərkəs, yaradılışına uyğun şeydə müvəffəq olur.
Yetişməkdə olan bir uşaq, dünyası və axirəti
üçün ən uyğun şeyə yönəldilir.
Valideynlərə və vəlilərə əmr edilən bir
vəzifə də uşaqlarla zərərli təsirlərin arasına
girmək və onları pis dostlardan uzaqlaşdır
maqdır. Çünki pis dost, mütləq gerçəkləşəcək
bir həlak və çirkin bir biabırçılıq deməkdir.
Onları gözəl dostlarla və təmiz bir tərbiyə
mühiti ilə əhatə etməlidirlər. Rəsulullah
belə buyurmuşdur: “Gözəl dost, ətir daşıyıcı
kimidir.” Valideynlər, uşaqları batil düşüncə
lərə sahib zərərli kitablardan, pis jurnallardan
və pozğun filmlərdən uzaq tutmalıdırlar.
Çünki bu təsirlər, qəlbləri ifsad edər və əx
laqları pozar. Gəncləri, şəhvət hərisi, əxlaq və
12
tərbiyə baxımından azmış bir hala gətirər.
Uşaqlar, böyük olsalar belə, nəzarət və rəh
bərlik ilə əhatə edilməlidirlər. Çünki bu, saleh
insanların davranışıdır.
Şəriət baxımından qorunması vacib
olan vəziyyətlərdən biri də valideynlərin –öp
mədə belə olsa- uşaqlar arasında ədalətli ol
malarıdır. Uşaqlarından bir qismini digərlə
rinə, oğlan uşaqlarını qız uşaqlarından üstün
tutmamalıdırlar. Rəsulullah
belə buyurur:
“ALLAH`dan layiqincə qorxun və uşaq
larınız arasında ədalətli davranın!”
Atalara və analara düşən digər bir və
zifə də, uşaqlarına qarşı səbirli olmaqdır. On
ları bağışlamaq və haram olmayan şeylərdə
onlara anlayış göstərməkdir. Çünki bu, onla
rın xeyri üçün daha uyğundur. ALLAH`ın Q
bağışlamasına səbəbdir. Çünki kim bağışla
13
yarsa ALLAH Q da onu bağışlayar. ALLAH
Q belə buyurur:
“Ey iman gətirənlər! Şübhəsiz ki, zöv
cələrinizdən və övladınızdan sizə düşmən
olanlar vardır. (Onlar din və ya dünya işlərində
sizin əleyhinizə çıxar, sizi ibadətdən, yaxşı əməl
lərdən yayındırarlar). Onlardan özünüzü göz
ləyin! Amma (tövbə edəcəkləri təqdirdə) onları
əfv etsəniz, (təqsirlərindən) keçsəniz və bağış
lasanız (daha yaxşı olar). Çünki ALLAH (gü
nahları çox) Bağışlayandır, Mərhəmətlidir!”14
Burada zikr edilən düşmənçilik,
insanın dini pozmasına yol açan şeylərdir.
ALLAH Q əfv etməyi və bağışlamağı əmr
etmiş, bağışlayan və xoş münasibətlə davrana
nı bağışlamağı sözü vermişdir.
Valideynlər, uşaqlarına bəddua etmək
dən çəkinsinlər! Çünki bu, onların daima
14 ət-Təğabun surəsi, 64/14.
14
,
bədbəxt olmasına səbəb ola bilər. Cabir
Rəsulullahın
belə buyurduğunu rəvayət
edir:
“Özünüzə, uşaqlarınıza, xidmətçilərinizə
və mallarınıza bəd dua etməyin.”15
Şəriətin təlimatlarını yerinə yetirən, ilahi
əmrlərə tabe olan, ALLAH`ın Q müvəffəq
etməsinə və təqdirinə uyan şəxs üçün uşaqlar,
göz aydınlığıdır. O uşaqlar, ALLAH`ın Q və qul
ların haqlarını yerinə yetirirlər. Onların doğru
yolda olmalarının bərəkəti ana-atalarına dün
yada və öldüktən sonra da çatar. ALLAH Q,
Onun əhdini yerinə yetirənlər haqqında belə
buyurur:
“Özlərinin,
həmçinin
əməlisaleh
ataları, zövcələri və övladlarının daxil
olacaqları Ədn cənnətləri gözləyir. Mələklər
də hər bir qapıdan (cənnət qapılarından) daxil
olub (onlara): “(Dünyada ALLAH yolunda bütün
15 Muslim.
15
çətinliklərə) səbr etdiyinizə görə sizə salam ol
sun! Axirət yurdu (Cənnət) nə gözəldir!” -
deyəcəklər.”16
“İman gətirib övladları imanla arxa
larınca gedənlərin nəsillərini də (Cənnətdə) öz
lərinə qoşacağıq. Onların əməllərindən heç bir
şey əskiltməyəcəyik. Hər kəs öz əməlinin giro
vudur!”17
İnsan, şəriətin təlimatlarını pozarsa
uşaq onun əleyhinə bir şərr olar. Azmasının
günahı və günahının uğursuzluğu ona da
çatar. Buna görə, uşaqlarınız haqda ALLAH`
dan Q qorxun ey müsəlmanlar!..
ALLAH`a həmd olsun! Ona həmd
edir, Ondan yardım və hidayət diləyirik!
Nəfslərimizin şərindən və pis əməllərimizdən
ALLAH`a sığınırıq! ALLAH kimi hidayətə
16 ər-Rad surəsi, 13/23-24.
17 ət-Tur surəsi, 52/21.
16
çatdırarsa heç kim onu azdıra bilməz. Kimi də
azdırarsa heç kim onu hidayətə çatdıra bil
məz. Şəhadət edirəm ki, ALLAH`dan başqa
ibadətə və itaətə layiq haqq ilah yoxdur. O,
Təkdir və şəriki yoxdur. Şəhadət edirəm ki,
Peyğəmbərimiz Muhəmməd
Onun qulu
və Rəsuludur. ALLAH`ım! Qulun və Rəsulun
Muhəmmədə, əhli-beytinə, əshabına xeyir
dua və salam elə, onları bərəkətli et!..
Bundan sonra... Ey müsəlmanlar!..
ALLAH`dan layiqincə qorxun və Ona itaət
edin! Onun qəzəbindən çəkinin və Ona asi
olmayın! Bilin ki, uşaqlarınız və ALLAH`ın
vəlayətini sizə verdiyi şəxslər boynunuzda bir
əmanətdir. Onları ən doğru işlərə yönəltmək,
onları hər cür gözəl əxlaqa və doğru yola
yönləndirmək sizin məsuliyyətinizdir. Onları,
nəzarətsiz qalmaqdan, pis dostlardan, boş
vaxtın zərərlərindən, diqqətsiz və məsuliy
yətsiz yola çıxmaqdan çəkindirin. Gecə və
gündüz həyatlarını nizamlamada onlara yar
17
dım edin! Xüsusilə gecəyə qədər küçələrdə
boş-boş gəzməkdən onları uzaqlaşdırın! Çün
ki bu, gənci gələcəkdə özünü qurtara bilmə
yəcəyi işlərə apara bilər. Peşmançılığın fayda
verməyə-cəyi bir yerdə əldə etdiyi pis xasiy
yətlər üçün peşman ola bilər. Gənclər üçün ən
təhlükəli şey, narkotikdən istifadə etmək və
əxlaqi azmalardır. Onları daima bundan çə
kindirin! Uşaqlarınız üçün faydalı və mübah
vasitələr hazırlayın! Onları, faydalı əməllərə
yönləndirin! Çünki siz, onlara görə hesaba
çəkiləcəksiniz.
İbn Ömərdən
hədisdə, Rəsulullah
rəvayət edilən bir
belə buyurur:
“Hamınız bir çobansınız və hamınız əmri
altında olanlardan məsuliyyət daşıyırsınız. Kişi, ev
xalqının çobanıdır və onlardan məsuldur. Qadın,
ərinin evinin çobanıdır və ondan məsuldur. Xid
mətçi, sahibinin malının çobanıdır və ondan mə
18
suldur. Hamınız bir çobansınız və hamınız əmri
altındakılardan məsuliyyət daşıyırsınız.”18
ALLAH Q belə buyurur:
“Ey iman gətirənlər! ALLAH`dan qor
xun və doğru söz söyləyin! (Əgər belə etsəniz,
ALLAH) əməllərinizi islah edər və günah
larınızı bağışlayar. Hər kəs ALLAH`a və Pey
ğəmbərinə itaət etsə, böyük bir səadətə (Cən
nətə) nail olar.”19
ALLAH`ın qulları!.. İnsanların ən xeyir
lisinə xeyir-dua və salam edin. Çünki bunu sizə
ALLAH Q əmr etmişdir. O Q belə buyurur:
“Həqiqətən, ALLAH və Onun mələkləri
Peyğəmbərə salavat göndərirlər (xeyir-dua
verirlər). Ey iman gətirənlər! Siz də ona sala
18 əl-Buxari, Muslim.
19 əl-Əhzab surəsi, 33/70-71.
19
vat göndərib (onun üçün salavat deyib) layi
qincə salamlayın!”20
Əli ibn Abdu`r-RAHMAN əl-HUZEYFİ
19/03/1423 Hicri – 31/05/2002 Miladi
20 əl-Əhzab surəsi, 33/56.
20